Böyük Britaniya Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırır.

Böyük Britaniya Azərbaycanı İstanbul Konvensiyasına qoşulmağa çağırır.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin bəyanatında deyilir.

“Keçən ay ərzində doqquz qadının ailə üzvləri tərəfindən öldürülməsi xəbəri və eləcə də Sevinc Məhərrəmovanın qətlindən olduqca narahatıq. Heç bir qadın ailə üzvlərinin hücumundan qorxu içində yaşamamalıdır və hər bir qız təhlükəsiz olduğunu bilərək böyüməlidir. Belə halların düzgün araşdırılması və məişət zorakılığından zərərçəkmişlərin mühafizəsi çox vacibdir. Böyük Britaniya Azərbaycanda gender bərabərliyini dəstəkləməkdə davam edir və Azərbaycanı məişət zorakılığına son qoymaq üçün beynəlxalq çərçivə olan İstanbul Konvensiyasını imzalamağa çağırır,” səfiriliyin bəyanatında qeyd edilir.

Rəsmi Bakı Böyük Britaniya Səfirliyinin bu bəyanatına hələ münasibət bildirməyib.

Son günlər qadın hüquqlarını müdafiə edən fəallar qadın qətllərinin qarşısının alınması, İstanbul Konvensiyasına qoşulma tələbi ilə bir sıra dövlət qurumlarının binaları qarşısında aksiyalar keçirib.

Millət