Arzuxan Əlizadə: "Böyük Britaniyanın Avropa Birliyindən çıxıb-çıxmayacağını zaman göstərəcək"
"Cənab Kemeron Birlikdən çıxmaq məsələsini istismar etməklə Brüsseldən əlavə güzəştlər istəyir"
Britaniya parlamenti Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirilməsini dəstəkləyib. Belə ki, Britaniya parlamenti baş nazir Devid Kemeronun krallığın Avropa İttifaqından çıxması ilə bağlı referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.
Hakimiyyətdə olan mühafizəkarlarla yanaşı, ana müxalifət olan leyboristlərin parlamentdə təmsil olunan üzvlərinin əksəriyyəti də məsələyə müsbət yanaşıb.
Yalnız şotland millətçiləri bununla əlaqədar etirazlarını bildirib. "Şotlandiyanı Avropa İttifaqından təcrid etmək demokratik dəyərlərə ziddir və bu bizim iradəmizə qarşı atılan addımdır" - deyə Şotlandiya Millətçi Partiyasının keçmiş sədri Aleks Salmond vurğulayıb.
Qeyd edək ki, Devid Kemeron ölkəsinin Avropa İttifaqından çıxması ilə bağlı keçiriləcək referendumun 2017-ci ilə planlaşdırıldığını açıqlayıb. Siyasi ekspertlər isə bunun daha yaxın tarixdə baş tutacağını istisna etmir. Bütövlükdə, çoxdandır bu məsələ gündəmdədir. Yəni dəfələrlə bu məsələ qaldırılıb. Son günlər bunun aktuallaşması gözlənilən idi. Çünki ötən ay Böyük Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar Partiyası inamlı qələbə qazanıb. Mühafizəkarlar Partiyasına qarşıda bir sıra çətin məsələləri həll etmək lazım gələcək. Ümumilikdə, Böyük Britaniyanın AB-dən çıxmaq istəyinin kökündə nə dayanır? Doğrudanmı sözügedən ölkə bu gedişlə Birlikdən çıxacaq?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bunun bir sıra tarixi kökləri var: "Məsələ ondadır ki, digər aparıcı Avropa ölkələrindən fərqli olaraq Böyük Britaniya AB-yə gec qoşulub. Böyük Britaniya 1973-cü ildə qurumun üzvü oldu. Buna baxmayaraq, İngiltərə öz milli valyutasından imtina etmədi. Digər üzv dövlətlərin əksəriyyəti avroya keçsə də, Böyük Britaniya funt-sterlinqdən istifadə edir. İndi mühafizəkarlar qalib gəlmələrində böyük rol oynayan seçicilərinin inamlarını doğrultmağa çalışmalı olduqlarını yaxşı dərk edirlər. Çünki toriləri dəstəkləyən elektoratın da əcnəbilərə və AB-yə qarşı müxalifətdə olduğu heç kimə sirr deyil. Buna görə də Baş nazir Devid Kemeron da 2017-ci ildən gec olmayaraq Böyük Britaniyanın AB-dən çıxması haqqında referendum keçiriləcəyinə vəd verir. Ancaq Kemeron Britaniyanın vahid Avropada qalmasını istədiyini də gizlətmir. Bununla belə, o, AB-yə üzvlük məsələsində islahatlar aparmağın zəruri olduğunu vurğulayır. Siyasi müşahidəçilərin fikrincə, cənab Kemeron Birlikdən çıxmaq məsələsini istismar etməklə Brüsseldən əlavə güzəştlər istəyir. Xüsusilə də mühacirətin məhdudlaşdırılması və milli hökumətin rolunun gücləndirilməsi məsələlərində əlavə güzəştlərin verilməsini gözləyir. Bundan başqa, mühafizəkarların qarşısında mühüm vəzifə- ölkənin ərazi bütövlüyünü qorumaq vəzifəsi dayanır. Son rəy sorğuları göstərir ki, britaniyalıların təqribən 48 faizi Şotlandiyanın yaxın 20 ildə müstəqil olacağına inanır. O üzdən, Böyük Britaniyanın AB-dən çıxıb-çıxmayacağını zaman göstərəcək".
Vidadi ORDAHALLI