Bu, Azərbaycan diplomatiyasının daha bir uğurudur

Əli Orucov: Daşkənd görüşü Azərbaycanın və Prezident İlham Əliyevin Orta Asiya dövlətləri üçün nə qədər önəm daşıdığının bariz nümunəsidir
BAYRAQDAR MEDİA – “Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü region dövlətlərinin inteqrasiyasının və əlqələrinin daha da möhkəmləndirlməsi baxımından yeni bir platformadır. Bu görüşlərdə Azərbaycanın dəvət alması Bakıya göstərilən böyük etimadla yanaşı, ölkəmizin əhəmiyyətinin göstəricidi idi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında siyasi şərhçi Əli Orucov deyib.

Orta Asiya dövlətləri xüsusən də son illər dünyanın diqqətini özünə çəkməkdədir
Onun sözlərinə görə, tədbirdə Azərbaycanın tamhüquqlu iştirakı həmin formatın rolunu və imkanlarını genişləndirdi: “Azərbaycanla Orta Asiya dövlətləri bir çox təşkilatlarda, həmçinin ayrı-ayrılıqda sıx əməkdaşlıq edirlər və bir-birlərinə dəstəyini göstərirlər. Xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində daha böyük nailiyyətlər və irəliləyişlər əldə olunub. Həmin təşkilatda da lokomotiv rolunun Azərbaycan və Türkiyənin olduğu məlumdur. Bakı Daşkəndlə və Astana ilə strateji müttəfiqdir”.

Ə.Orucov bildirib ki, Orta Asiya dövlətləri xüsusən də son illər dünyanın diqqətini, o cümlədə Avropa Birliyinin və Birləşmiş Ştatların marağını özünə çəkməkdədir: “Bu həm region dövlətlərinin iqtisadi genişlənməsi, həm resursları, həm də geostrateji yerləşimi ilə izah olunmalıdır. Hesablamalara görə neft-qaz, filiz, nadir metal və mineral torpaq ehtiyatlarına görə ilk sıralarda qərarlaşıblar. Bu isə qlobla güclərin təkcə marağını çəkmir, həm də həmin maraqların toqquşduğu məkana çevrilir”.

Orta Asiya dövlətləri Çin və Rusiyanın təsirindən xilas olmaq üçün alternativlər axtarışındadır
Vurğulanıb ki, Orta Asiya dövlətləri Çin və Rusiyanın ekspansiyasından və təsirindən xilas olmaq üçün alternativlər axtarışındadır: “Batı və ABŞ-la inteqrasiya bu dövlətlərin iqtisadi və təhlükəsizliyi üçün getdikcə vacib faktora çevrilir. Orta Asiya dövlətlərinin Batıya, Batı bazarlarına çıxışının isə Azərbaycan üzərindən gerçəkləşməsi mümkündür. Eyni zamanda nəqliyyat-tranzit, logistika xətləri Batıdan Doğuya, Güneydən Quzeyə bu dövlətlərin dünyaya açılımına yeni perspektivlər yaradır”.

Qeyd edilib ki, Orta Asiya dövlətləri içərisində Qazaxıstan böyük həcmdə xarici investisiyalar cəlb etməyə nail olsa da Özbəkistanın sabiq prezidenti İ.Kərimovun zamanında belə sərmayələr yarım açıq olub: “Heç türk dünyası ilə də əməkdaşlığa o qədər maraq göstərilməyib. Lakin Şavkat Mirziyoyevin 8 illik hakimiyyəti Özbəkistanı müsbət mənada tam dəyişdi. Türk dünyasına inteqrasiya olunan, beynəlxalq aləmlə çoxvektorlu münasibətlər quran xarici siyasət kursunda ana xətt oldu”.

Bu bünövrə imkan verir ki, həmin dövlətlər iqtisadi, siyasi, təhlükəsizlik, ticari və s. kimi əlaqələri daha da möhkəmləndirsinlər
Müsahibimiz deyib ki, Azərbaycanı Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanla etnik, mədəni, ortaq irs, din birliyi kimi qırılmaz bağlar bağlayır: “Bu bünövrə imkan verir ki, həmin dövlətlər iqtisadi, siyasi, təhlükəsizlik, ticari və s. kimi əlaqələri daha da möhkəmləndirsinlər. Bu istiqamətdə Azərbaycanın göstərdiyi fəaliyyət, irəli sürdüyü təşəbbüslər dünya düzənin yenidən şəkilləndirilməsində, yeni güc mərkəzinin formalaşmasında nə qədər aktual olduğu kəsinləşməkdədir. Təsadüfi deyil ki, Orta Asiya dövlət başçıları da, həmin dövlətlərin ictimaiyyəti də Azərbaycan Prezidenti İlham Əliyev özəl münsibət və hörmətlərini açıq şəkildə ifadə edirdilər. Prezidentin çıxışında bir daha məlum olur ki, Orta Asiya dövlət liderləri Bakıya 3 il ərzində 30 rəsmi səfər ediblər. Bu Azərbaycanın və Prezident İlham Əliyevin bu dövlətlər üçün nə qədər önəm daşıdığının bariz nümunəsidir. Hələ digər regional və beynəlxalq platformalarda gerçəkləşən görüşləri nəzərə almırıq”.

Bu, Azərbaycan diplomatiyasının daha bir uğurudur
Əli Orucov, həmçinin “məsələnin mahiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan Orta Asiya üçün təkcə Batıya açılan qapı deyil, həm də dünyada təhlükəsizlik arxitekturasının qorunmasında yer alan güclü bir tərəfdaş ölkədir. Bir müddət əvvəl Avropa Birliyi+Orta Asiya dövlətləri və Birləşmiş Ştatlarda baş tutan “5+1” yəni Orta Asiya dövlətləri+ABŞ sammitində əməkdaşlığın yeni kontrları çızılsa da bunların Azərbaycandan kənar reallaşdırılması mümkünsüzdür. Bütün bunların fonunda qətiyyətlə qeyd edə bilərik ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dözvlət başçılarının 7-ci göürüşündən də Vətənə əlidolu qayıtdı. Azərbaycan bu formatda tamhüquqlü üzv kimi iştirakı təmin edildi. Hesab edirəm ki, bu hal Azərbaycan diplomatiyasının daha bir uğurudur. Bu uğurlar silsiləsini isə qazandıran İlham Əliyevin çevik, praqmatik və uzaqgörən xarici siyasətinin nəticəsidir” deyə əlavə edib.

Related