"2014-cü ildə Dağıq Qarabağ problemi ilə bağlı yadda qalan hadisələri xatırlasaq ilk öncə Minsk Qrupunun ABŞ-dan olan həmsədri Uorlikin təklifləri yada düşür”.
Bu barədə "OLAYLAR”-a açıqlama verən AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyib ki, mahiyyət etibarı ilə yenilənmiş Madrid prinsiplərindən az fərqlənən bu təkilflər istər siyasətçilər, istərsə də əhalinin prosesləri yaxından izləyən kəsimi tərəfindən maraqla qarşılandı: "Eyni zmanda Ukraynadakı böhranın yarandığı və ABŞ, Avropa-Rusiya qarşıdurmasının başlanğıcı mərhələsində bu təklifin irəli sürülməsi daha düşündürücü amil idi. Bu təklifdən sonra Rusiya mətbuatında anonim mənbələrə istinadən Rusiyanın Qarabağ problemini Azərbaycanın ədalətli mövqeyinə uyğun həll edəcəyi barədə yazılar getməyə başladı. Sözsüz ki, bu yaranmış qarşıdurmada Azərbaycanı öz tərəflərinə çəkmək kimi də görünürdü”.
Elşən Mustafayev deyib ki, biri açıq, digəri isə anomim şəkildə deyilən bu təkliflər Azərbaycanın geosiyasi proseslərdə hamını maraqlandıran ölkə kimi göstərdi.