Partiya adından deyə bilərəm ki, biz prezidentin “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı verdiyi qərarı dəstəkləyirik”
Bu sözləri Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova prezident İlham Əliyevin “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti barədə imzaladığı sərəncamı PİA.az-a şərh edərkən qeyd edib.
Könül İsmayılova bildirib ki, onlar “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı verilən qərarı dəstəkləyirlər:
“Mən partiya adından deyə bilərəm ki, biz prezidentin “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı verdiyi qərarı dəstəkləyirik. Bu qərar dorğu verilmiş bir qərardır. Görünür “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti haqqında prezidentə də çox ciddi məlumatlar var. Qurumun neqativ hallarından, özünü doğrultmamasından və xalqın qurumdan narazılığı barədə prezidentə düzgün məlumat çatdırıblar.
Düşünürəm ki, bütün bu hallar araşdırılıb və sonra “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Bu çox yaxşı bir haldır. Çünki demək olar ki, hər qış fəsli başlayanda bu qurumla böyük qalmaqalıar yaşanır. Qurum öncədən qışın gəlməsinə görə və xəstəliyin tuğan etməsinə görə binaların, məktəblərin, uşaq baxçalarının, o cümlədən lazımı müəssisələrin isidilməsinə hazırlıq görmürlər” .
Müasir Müsavat Patiyasınən sədr müavini həmin qurumda çox yeyinti olduğunu da nəzərə çatdırıb:
“Çox güman ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətində çox yeyinti var. Əgər belə olmasaydı istilik verilərdi. Qurumun verdiyi istilik elə idi ki, olmasaydı ondan yaxşı idi. Əsas problem də odur ki, insanlar pullarını ödəyir, amma istilik yetərincə verilmir. Qurumlar normal işləməyəndə də xalqla dövlət arasında çox böyük narazılıq yaranır. Belə qurumlara həm dövlətdən datasiya ayrılır, həm də onların özləri xalqın cibinə girirlər.
Yayılan məlumata görə “Azəristiliktəchizat”ın borcları həddindən artıq çox olduğu üçün özəlləşdirilməsi gözlənilir. Təbii ki, bu qurum özəlləşsə, qiymət artımı olacaq. Bundan da yenə əhalinin kasıb hissəsi əziyyət çəkəcək”.
Millət