Amerikanın Səsinin Dövlət Departamentindəki müxbirinin bildirdiyinə görə, bu gün keçirilən gündəlik brifinqdə departamentin sözçüsü AzadlıqRadiosunun Bakı Bürosunun bağlanmasına münasibət bildirib. Dövlət Departamentinin sözçüsü Jeff Ratkenin dediklərini olduğu kimi təqdim edirik:
"Biz Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə basqılarından ciddi narahatıq. Dövlət katibi dekabrın 21-də prezident Əliyevlə telefon danışığında bu məsələni qaldırıb. O zamandan bəri AzadlıqRadiosunun ofisinin bağlanmasının, radionun mülklərinin müsadirəsinin, əməkdaşların qeyri-müəyyən ittihamlarla yerli hüquq-mühafizə orqanları tərəfindən evlərindən zorla çıxarılaraq sorğu-sual üçün aparılmasının şahidi olmuşuq. Müqavilə əsasında çalışanlar və AzadlıqRadiosu ilə bilavasitə əlaqəsi olanlar rəsmilər tərəfindən dindirilib. Bu addımlar və eləcə də bu dindirilmələr zamanı onların vəkillə təminatının qarşısının alınması bizim narahatlığımızın daha da dərinləşməsinə səbəb olur. Biz yenidən Azərbaycan rəsmilərini mətbuat azadlığı da daxil olmaqla, insan haqları və fundamental azadlıqlarını qorumaq üçün ATƏT və başqa beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Bu kontekstdə prezident Əliyevin bu gün imzaladığı və içərisində ictimai fəallığına görə həbs edildiyi hesab edilən 10 nəfərin də olduğu 87 nəfərlik əfv sərəncamı düzgün istiqamətdə atılmış addımdır. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarını təcrübədən keçirdiklərinə görə həbs edilən başqa fəalları da sərbəst buraxmaqla belə əfvləri davam etdirməyə çağırırıq”.