“Çox təəssüf ki, Azərbaycanda siyasi qüvvələr zaman amilini düzgün qiymətləndirə bilmirlər”

"Çox təəssüf ki, Azərbaycanda siyasi qüvvələr zaman amilini düzgün qiymətləndirə bilmirlər”. Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib.

AMİP funksioneri deyib ki, müxalifətin tələsik yaratdığı birliklər ölkədə keçirilən seçkilərdə uğur qazana bilmir: "Parlament seçkilərinə çox az müddət qalır. Ancaq müxalifət yenə gecikir. Tələsik yaranan birliklər isə uğur qazana bilmir. Bu da ümumi işə zərər vurur. Hesab edirəm ki, müxalifət bu prosesdə də gecikir”.

"Hesab etmirəm ki, Müxalifət partiyaları parlament seçkilərinə daha böyük birlik şəklində gedə bilsinlər. Çünki, onlar arasında münasibətlər çox gərgindir. Artıq ziddiyyətlər böhran həddinə çatıb. Ona görə də müxalifətin bu psixoloji bariyeri aşaraq yenidən bir arada olmaları mümkün deyil” – deyə, Ə. Orucov vurğulayıb.

Ə. Orucov bildirib ki, müxalifət nələrisə nələrəsə qurban verərək, seçkidə iştirak məqsədi ilə birlik yaratsa belə, bu, cəmiyyət tərəfindən müsbət qarşılanmayacaq və əks effekt verəcək.

Elvin Abdulqədirov

Şərh yaz