Çox­tə­rəf­li əmək­daş­lıq for­ma­tı əla­qə­lə­rin in­ki­şa­fı­na müs­bət tə­sir edə bi­lər

"Ha­zır­da biz Av­ro­pa İt­ti­fa­qı-Azər­bay­can əmək­daş­lı­ğı­nın gə­lə­cək for­ma­tı üzə­rin­də iş­lə­yi­rik". Bu­nu Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Ba­kı­da Xor­va­ti­ya Pre­zi­den­ti xa­nım Ko­lin­da Qra­bar-Ki­ta­ro­viç­lə mət­bu­a­ta bir­gə bə­ya­nat­lar­la çı­xı­şın­da de­yib.

Döv­lət baş­çı­sı qeyd edib ki, iki öl­kə ara­sın­da əmək­daş­lı­ğı in­ki­şaf et­dir­mək­lə bağ­lı çox yük­sək sə­viy­yə­də qar­şı­lıq­lı an­laş­ma möv­cud­dur: "Əmək­daş­lı­ğı­mız üçün möh­kəm hü­qu­qi ba­za var. Üç il bun­dan əv­vəl mə­nim Xor­va­ti­ya­ya rəs­mi sə­fə­rim za­ma­nı biz stra­te­ji tə­rəf­daş­lıq və dostluq ba­rə­də Bə­yan­na­mə im­za­la­dıq. Bu, əsas sə­nəd­dir və bu sə­nə­din adı onun nə də­rə­cə­də əhə­miy­yət­li ol­du­ğu­nu gös­tə­rir. Be­lə­lik­lə, biz stra­te­ji tə­rəf­daş və dostla­rıq".

İl­ham Əli­yev onu da qeyd edib ki, stra­te­ji tə­rəf­daş­lıq və dostluq ba­rə­də Bə­yan­na­mə əmək­daş­lı­ğı­mı­zın bü­tün sa­hə­lə­ri­ni əha­tə edir: "Bi­zim çox yax­şı si­ya­si əla­qə­lə­ri­miz var. Xa­nım Pre­zi­den­tin bu­gün­kü sə­fə­ri bi­zim bey­nəl­xalq təş­ki­lat­lar, BMT, ATƏT, Av­ro­pa Şu­ra­sı çər­çi­və­sin­də fə­al əmək­daş­lıq et­di­yi­mi­zi gös­tə­rir. Bu gün biz xa­nım Pre­zi­dentlə Av­ro­pa İt­ti­fa­qı-Azər­bay­can tə­rəf­daş­lı­ğı­nı ge­niş mü­za­ki­rə et­dik. Mən Av­ro­pa İt­ti­fa­qı ilə Azər­bay­can ara­sın­da­kı ya­xın­laş­ma­nı dəs­tək­lə­di­yi­nə gö­rə Xor­va­ti­ya­ya min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm. Ha­zır­da biz Av­ro­pa İt­ti­fa­qı-Azər­bay­can əmək­daş­lı­ğı­nın gə­lə­cək for­ma­tı üzə­rin­də iş­lə­yi­rik. Biz ar­tıq Av­ro­pa İt­ti­fa­qı­nın üz­vü olan doq­quz öl­kə ilə stra­te­ji tə­rəf­daş­lıq bə­yan­na­mə­lə­ri im­za­la­mı­şıq. Dü­şü­nü­rəm ki, bu, Av­ro­pa İt­ti­fa­qı-Azər­bay­can ra­zı­laş­ma­sı üçün yax­şı po­ten­si­al əsas­dır".

Bü­töv­lük­də, Aİ və üzv öl­kə­lər­lə əmək­daş­lıq for­ma­tı bi­zə nə ve­rir?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, çox­tə­rəf­li əmək­daş­lıq for­ma­tı əla­qə­lə­rin in­ki­şa­fı­na müs­bət tə­sir edə bi­lər: "Mə­sə­lə on­da­dır ki, həm Av­ro­pa İt­ti­fa­qı, həm də qu­ru­ma üzv olan öl­kə­lər­lə iki­tə­rəf­li əla­qə­lə­rin in­ki­şaf et­di­ril­mə­si Azər­bay­ca­nın xey­ri­nə­dir. Bu cür si­ya­sət bə­zi mə­sə­lə­lər­lə bağ­lı ya­ra­nan fi­kir ay­rı­lıq­la­rı­nın yo­lu­na qo­yul­ma­sı­na, bu­nun­la bağ­lı or­taq məx­rə­cin ta­pıl­ma­sı­na yar­dım­çı ola bi­lər. Çün­ki elə Av­ro­pa öl­kə­lə­ri var ki, hə­min döv­lət­lə­rin Azər­bay­can­la mü­na­si­bət­lə­ri da­ha yax­şı­dır. Elə Aİ üz­vü var ki, hə­min döv­lət qu­ru­mun fə­a­liy­yə­tin­də elə də ak­tiv rol oy­na­mır və ya­xud da da­ha çox tə­rəf­siz si­ya­sət ye­ri­dil­mə­si­nə üs­tün­lük ve­rir. Bu ba­xım­dan çox­şa­xə­li əmək­daş­lıq for­ma­tı mü­əy­yən müs­bət ef­fekt ve­rə bi­lər. Tə­bii ki, bu ki­mi əmək­daş­lı­ğın da­vam­lı xa­rak­ter al­ma­sı va­cib­dir. Yal­nız o za­man bu­nun ar­zu­o­lu­nan nə­ti­cə­si ola bi­lər"