Dağlıq Qarabağ münaqişı tərəfi deyil, ola da bilməz

Mətbuatda "qondarma Dağlıq Qarabağ Respublikası, " separatçi rejim", " qondarma rəhbəri" kimi ifadələrə tez-tez rast gəlirik. Belə ifadələrin işlədilməsinin ideoloji olaraq bizə hansı zərəri vura biləcəyi və nə etməliyik sualı ilə AMİP Mərkəzi Şura üzvü Əli Orucova mürciət etdik. O, bildirdi ki:

"Biz ümumiyyətlə həmin ifadələri işlətməməliyik. Münaqişənin Ermənistan-Dağlıq Qarabağ-Azərbaycan münaqişəsi kimi işlədilməsini də səhv hesab edirəm. Çünki problemi belə təqdim etməklə Qarabağdakı separatçı və terrorçuları tərəf kimi təqdiminə şəarit yaratmış oluruq.

Hamıya bəllidir ki, müharibə Ermənistan və Azərbaycan arasında gedir. Digər tərəfdən Dağlıq Qarabağ adlı inzibati ərazi bölgüsü artıq Azərbaycanda yoxdur 1991-ci ildən Dağlıq Qarabağ adlı ayrıca nə rayon və nə də inzibati ərazi vahidi. Hər kəs, xüsusən də mediamız bu həsasa mövzuda diqqətli olmalı, ermənilərin əlinə girəvə verməməlidir".