Sentyabrın 26-də keçirilmiş ümumxalq səsverməsi ilə ölkə Konstitusiyasına dəyişiklik qəbul edilib. Dəyişiklik ölkədə prezidentlik institutunu gücləndirdi və dövlət başçısının səlahiyyətlərini artırmaqla yanaşı onun səlahiyyət müddətini də uzatdı. Üstəgəl dəyişiklik baş nazirdən ölkənin ikinci şəxsi statusunu aldı və yeni yaradılmış post olan I vitse-prezidentə verdi.
Konstitusiyaya olunmuş əlavə və dəyişiklik hakimiyyət və parlament strukturlarını yenidən formalaşdırmağı diktə edir. Referendumdan sonra cəmiyyət və siyasi müxalifətin diqqəti hakimiyyətin bundan sonra hansı qərarları verəcəyinə kəsilib. İki gözlənti var: seçkilər və ciddi siyasi-iqtisadi islahatlar. Əlbəttə, islahatların olub-olmayacağı seçkilərdən sonra bəlli olacaq. Bu da onu deməyə əsas verir ki, hakimiyyət erkən seçkilərə gedəcək. Gələn məlumatlara görə, artıq bununla bağlı müzakirələr aparılıb və qərar yaxın vaxtlarda cəmiyyətə açıqlanacaq.
"Dəyişiklik növbəti mərhələ üçün nəzərdə tutulub”
AMİP Siyasi Şurasının üzvü Əli Orucov Cebhe.info-ya deyib ki, hakimiyyətin parlament və prezident seçkilərinə gedəcəyi inandırıcı deyil. AMİP yetkilisinin sözlərinə görə, Konstitusiyanın dəyişdirilməsi o demək deyil ki, bu seçkilər keçirilməlidir: "Həmin qanunun geriyə qüvvəsi yoxdur. Bu dəyişiklik növbəti mərhələ üçün nəzərdə tutulub. Qüvvəsini də həmin mərhələdə görəcəyik. Cəmiyyətdə seçkilərin keçirilməsiylə bağlı yayılan şayiələr məntiqli deyil. Çünki parlamentin yenidən formalaşdırılması üçün də bir əsas yoxdur. Eyni zamanda prezident seçkilərinin təkrar keçirilməsi üçün. Situasiya da buna imkan vermir. Referendum mövcud hakimiyyətin özünü gücləndirməsinə etdiyi xidmətdir”.
"Qanunda göstərilməyib ki,...”
Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimli Cebhe.info-ya hakimiyyətin seçkilərə getməli olduğunu deyib. Q.İbrahimlinin sözlərinə görə, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər də bunu diktə edir: "Əgər ölkənin Konstitusiyası dəyişdirilibsə, seçkilərə də gedilməlidir. Hesab edirəm ki, parlament yox, prezident seçkiləri yaxın vaxtlarda keçirilə bilər. Konstitusiyaya olunmuş dəyişikliyə görə, prezidentin səlahiyyət müddəti 7 ilə qaldırıldı. Qanunda göstərilmir ki, bu seçkilər 5 il müddəti başa çatdıqdan sonra keçiriləcək”.
Mənsur Rəğbətoğlu
Cebhe.info