Dövlət səviyyəsində talançılıq

Dövlət məmurlarının özlərinin yaratdığı, ya da yaxın olduqları firma və şirkətlərlə cinayətkar əlaqəyə girərək dövlət büdcəsini təmir-tikinti adı ilə talamaları sürətlə davam etməkdədir. Şəkillərdə gödüyünüz mənzərə buna bir daha əyani sübutdur. Hüseyn Cavid prospektində üzlük daşlı binanın üzünü  lüzum olmadan ikinci bir üzlük çəkilir.

Yaxud da 1-ci Avropa Oyunları ərəfəsində Dərnəgül yolunun səkilərinə döşənmiş daşları söküb yenidən daş döşəmə əməliyyatına başlanılıb.  Beləliklə karusel yolu ilə milyonlarla vəsait mənimsənilir.

Buna isə dövlət səviyyəsində talançılıq deyilir.