“Artıq Rəcəb Tayyib Ərdoğan, demək olar ki, məsələni həll edib. Kılıçdaroğlunun başçılıq etdiyi koalisiya isə dağılmaq üzrədir. Həmin qüvvələrin qalib gəlmək şansı da çox çətindir. Bie sözlə, Türkiyədəki Prezident seçkilərinin II turundakı nəticələrin məsələsi, demək olar ki, həll olunub: təxminən 60-ın 40-a...”
Bunu Moderator.az-a açıqlamasında Türkiyədəki Prezident seçkilərinin ikinci turu öncəsi seçki durumu dəyərləndirərkən Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov söyləyib.
“Düşmən qüvvələr seçkilərin nəticələrindən asılı olmayaraq ölkədə xaos yarada bilərlərmi?” sualını isə siyasətçi belə cavablandırıb:
“Əlbəttə, düşmən qüvvələrin Türkiyədə xaos yaratmaq istəkləri daim olub və bu gün də var. Ancaq indi artıq belə bir durumu yarada bilməzlər. Çünki Prezident seçkiləri ikinci tura qalıb. Əgər birinci turda qalib müəyyən olunsaydı, nəticələri müqayisələndirib, uduzan tərəfi qızışdırıb nəsə bir qarışıqlıq, iğtişaşlar yarada bilərdilər. Lakin seçkilər ikinci tura qalandan sonra artıq Kılıçdaroğlunun tərəfdarlarında da məyusluq yarandı, öz aralarında ziddiyyətlər meydana çıxdı və biri-birlərini ittiham etməyə başladılar. Ona görə də Ərdoğan ittuham hədəfindən çıxacaq. Və hesab edirəm ki, ikinci turdan sonra mübahisə, qarşıdurma yaratmaq üçün tutarlı bir məsələ də qalmayacaq. Təbii ki, düşmən qüvvələr Türkiyədə xaos yaratmaq üçün yenə də əllərindən gələni etməyə çalışacaqlar, ancaq hansısa real nəticə olması mümkün deyil...”
Millət