Əli Orucov: "Bu, vətəndaş qarşıdurmasına gətirib çıxara bilər"
Məlum olduğu kimi, iyulun 16-da Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlananların sayı artmaqdadır. Ən son məlumatlara görə, buna görə saxlananların sayı 6 min nəfərə çatıb. Onların arasında hərbçilərlə yanaşı, çoxsaylı hakim və prokuror da var.
Bu arada Türkiyədə ölüm hökmünün bərpası ilə əlaqədar çağırışlar səslənir. Bu çağırışların bəzi ölkə rəsmiləri tərəfindən də səsləndirilməsi diqqət çəkir. İlk əvvəl Türkiyənin səhiyyə naziri bunu gündəmə gətirdi. Daha sonra Türkiyənin baş naziri Binəli Yıldırım bildirdi ki, ölkədə ölüm cəzasının bərpa olunması məsələsinə baxıla bilər. Onun sözlərinə görə, hakim partiya xalqın qiyamçılara ən ağır cəza verilməsi tələbini anlayır.
Ən nəhayət, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə edam cəzasının bərpası təklifinə münasibət bildirib.
Ərdoğan edam cəzasının bərpası ilə bağlı səsləndirilən fikirlərə cavab olaraq deyib ki, demokratiyada xalqın tələbi bir kənara qoyula bilməz. Xalqın tələbi Konstitusiyaya uyğun olaraq müvafiq qurumlarda dəyərləndirilir və qərar verilir: "Biz bu günə qədər duyğusallığı kənara qoyduq. Qərarlarımızı verərkən min düşünüb bir addım atdıq. İndi də eyni şəkildə müvafiq addım atarıq".
Məlumat üçün qeyd edək ki, Türkiyədə ölüm hökmü 2002-ci ildə ləğv edilib. Məlum çağırışlardan sonra ölkədə ölüm hökmü bərpa olunsa, bu, Türkiyənin dünyadaki nüfuzuna necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, belə bir addım atılsa, bu, Türkiyənin dünyada nüfuzuna çox ciddi zərbə vuracaq: "Bunu təsəvvür belə etmək çətindir. Baxmayaraq ki, məlum hadisələrdən sonra sözügedən məsələ ən yüksək səviyyədə gündəmə gətirilib. Ancaq belə bir addım atılsa, bu, Türkiyəni uçuruma aparacaq. Türkiyə uzun illərdir Avropa İttifaqına inteqrasiya olunmağı qarşısına məqsəd qoyub. Bu məqsədlə bir sıra islahatlar aparılıb.
Qanunvericilikdə köklü dəyişikliklər həyata keçirilib. Bunlardan biri də ölüm hökmünün ortadan qaldırılması olub. Yeri gəlmişkən onu da qeyd edim ki, Türkiyədə ölüm hökmünü hazırkı AKP hakimiyyətindən əvvəlki hökumət qadağan edib. Başqa bir tərəfdən, Türkiyədə ölüm hökmü bərpa olunsa, bu, sonrakı mərhələdə ölkə daxilində vətəndaş qarşıdurmasına gətirib çıxara bilər.
Tərəflər arasında bir-birənə qarşı kin-küdurət bir az da şiddətlənə bilər. Müşahidələr göstərir ki, çevriliş cəhdindən sonra ölkədə repressiyalar davam edir. Hərbi çevriliş cəhdinə aid olmayanlar da ya həbs edilir, ya da işdən uzaqlaşdırılır. Belə xoşagəlməz tendensiya ölkəyə sabitlik vəd etmir. O üzdən, ölüm hökmü bərpa olunsa, Türkiyə dünyada hörmətdən düşəcək. Bir daha qeyd edim ki, bu, vətəndaş qarşıdurmasına gətirib çıxara bilər".
Vidadi ORDAHALLI