Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov aprelin 25-26-da Kiyevdə Ukraynanın "Partiot” partiyasının qurultayında iştirak edib.
Teleqraf.com-un məlumatına görə, qurultayda Etibar Məmmədov təbrik çıxışı edib. O, bildirib ki, milli tarixi və əxlaqi dəyərlərdən yayınmaq bir çox dövlətlərin , millətlərin zəifləməsinə, müstəqilliyinin itirilməsinə, qardaş qırğını ilə müşahidə olunan müharibələrə gətirib çıxarıb: "Effektli dəyişikliklər etmək üçün partiyanın hər bir üzvünün patriot olması vacibdir. Yalnız Ukraynanın əsl patriotları hər bir əzaba dözüb ölkəni bugünkü çətin vəziyyətdən çıxarda bilər. Siz həqiqətən də bu istiqamətdə doğru yol tutan partiyasınız və düzgün düşünürsünüz ki, Ukrayna özünün tarixi kökləri, qədim adət-ənənələri olan bir Avropa dövlətidir. Bu qurultayda iştirak edərək əmin oldum ki, bu zalda həm adına, həm də mahiyyətinə görə Ukraynanın əsl patriotları cəmləşiblər. İcazə verin, AMİP və Beynəlxalq Demokrat İttifaqı adından partiyanızın həyatında əlamətdar hadisə olan qurultayınızın keçirilməsi münasibəti ilə təbrik edim və partiyanın sədrinə bütün üzvlərinə qarşılarına qoyduqları məqsədlərinə çatmaqda uğurlar arzulayıram”.
"Patriot” partiyasının sədri Mikola Yaroslavoviç Qolomşa təbrikə görə E. Məmmədova təşəkkür edib: "Partiyalarımız arasında istər ikitərəfli, itərsə də gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığımız davam edəcək”.
Qeyd edək ki, E.Məmmədovu Kiyev səfərində AMİP beynəlxalq əlaqələr katibi Elşən Mustafayev müşayiət edib.