Əklili nədən şəhidlərmizə yaraşdırmırlar?

Bu gün bir sıra partiya və təşkilatlar Çanaqqala zəfərinin 100 illik yubileyi ilə bağlı şəhidlər xiyabanında uyuyan Türk şəhidlərini ziyarət edib. Belə ziyarətçilərdən biri də  BAXCP  olub. Partiya həmin abidəni ziyarət edərək, abidə önünə əklil qoyub. Amma nədənsə kimlərinsə qanunsuz göstərişi ilə həmin əklil dərhal zibilliyə atılıb. Səbəbini öyrənməyə çalışsaq da polis mühafizəçisi bildirdi ki, bu məsələni Şəhidlər Xiyabanına cavabdeh olan şəxslərdən araşdırıb öyrənin. Yaxud da "JEK"dən. BAXCP-dən xahişimiz ondan ibarətdir ki, belə hörmətsizliyə və tərbiyəsizliyə biganə qalmasınlar.

Haqlı sual yaranır görəsən nədən əklili Şəhidlərimizə çox görürlər?! Mühafizəçinin dediyinə görə, Türk Şəhidlərinə ucaldılmış abidə Türkiyə dövlətinin ərazisi sayılır və cavabdehlik də həmin dövlətə məxsusdur. Hər halda qardaş ölkənin də mövqeyi maraqlı olardı.