Əli Oru­cov: "Tür­ki­yə­nin təh­lü­kə­siz­li­yi ABŞ üçün önəm­li de­yil"


Mə­lum ol­du­ğu ki­mi, ABŞ kəş­fiy­ya­tı Ru­si­ya­nın Ka­li­ninqrad vi­la­yə­tin­də "İs­gən­dər-M" ope­ra­tiv-tak­ti­ki ra­ket­lə­ri­ni yer­ləş­dir­di­yi­ni mü­əy­yən edib. Be­lə ki, Ru­si­ya 2014-cü il­də də hər­bi ma­nevrlər çər­çi­və­sin­də bu ra­ket­lə­ri Ka­li­ninqrad­da yer­ləş­dir­miş­di. İn­di isə ola bil­sin ki, "İs­gən­dər" ra­ket­lə­ri­nin yer­ləş­di­ril­mə­si NA­TO-nun hə­rə­kət­lə­rin­dən na­ra­zı qa­lan Ru­si­ya tə­rə­fin­dən "güc nü­ma­yi­şi­dir".

Bu mə­lu­ma­tın ya­yıl­ma­sın­dan son­ra Ru­si­ya Mü­da­fiə Na­zir­li­yi "İs­gən­dər-M" ra­ket­lə­ri­nin Ka­li­ninqrad vi­la­yə­tin­də yer­ləş­di­ril­di­yi­ni təs­diq edib. Mü­da­fiə Na­zir­li­yi­nin söz­çü­sü İqor Ko­na­şen­kov bil­di­rib ki, komplekslər Ka­li­ninqrad vi­la­yə­ti­nə "Ru­si­ya si­lah­lı qüv­və­lə­ri­nin dö­yüş ha­zır­lı­ğı çər­çi­və­sin­də" yer­ləş­di­ri­lib.

Qeyd edək ki, 500 ki­lo­metr mən­zil­li "İs­gən­dər-M" komplekslə­ri Pol­şa və Bal­tik öl­kə­lə­rin­də­ki hə­dəf­lə­ri vur­ma­ğa im­kan ve­rir. Bu ara­da NA­TO oktyab­rın so­nu­na ki­mi Ru­si­ya­nın Ka­li­ninqrad al­tın­da yer­ləş­dir­di­yi "İs­gən­dər-M" ra­ket komplekslə­ri ba­rə­də öz möv­qe­yi­ni açıq­la­ya­ca­ğı­nı bə­yan edib.

"İs­gən­dər-M" ra­ket komplekslə­ri­nin Ka­li­ninqrad vi­la­yə­tin­də yer­ləş­di­ril­mə­si Bal­tik re­gi­o­nun­da­kı si­tu­a­si­ya­nı gər­gin­ləş­di­rə­cək. Bu­nu isə jur­na­listlə­rə açıq­la­ma­sın­da İs­veç mü­da­fiə na­zi­ri Pe­ter Xultkvist söy­lə­yib. Onun söz­lə­ri­nə gö­rə, rəs­mi Stok­holm Ru­si­ya­nın bu ad­dı­mı­na pro­vo­ka­si­ya və xə­bər­dar­lıq ki­mi ba­xır.

Mə­lu­mat üçün qeyd edək ki, bu gün­lər­də Ru­si­ya­nın Er­mə­nis­ta­na da "İs­gən­dər" komplekslə­ri ver­di­yi üzə çı­xıb. Həm­çi­nin, bun­dan bir müd­dət əv­vəl Ru­si­ya Er­mə­nis­tan­da "S 300" və "S 400" ra­ket­lə­ri­ni yer­ləş­dir­di. La­kin nə­dən­sə Qərb NA­TO üz­vü olan Tür­ki­yə ilə sər­həd­də bu ra­ket­lə­rin möv­cud­lu­ğu­na da­ir heç bir re­ak­si­ya ver­mə­di. Ən azın­dan na­ra­hat ol­ma­dı. Ni­yə Ru­si­ya­nın Ka­li­ninqrad vi­la­yə­tin­də sö­zü­ge­dən ra­ket­lə­ri yer­ləş­dir­mə­si­nin Pol­şa­ya təh­lü­kə ya­rat­dı­ğı bil­di­ri­lir, am­ma Er­mə­nis­tan­da bu ra­ket­lə­rin yer­ləş­di­ril­mə­si­nə ana­lo­ji mü­na­si­bət sər­gi­lən­mir?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP funksi­o­ne­ri Əli Oru­cov bu­nu möv­cud iki­li stan­dartlar­la əla­qə­lən­dir­di: "Tə­əs­süf­lər ol­sun ki, Qərb ümu­miy­yət­lə Er­mə­nis­tan­la bağ­lı baş ve­rən­lə­rə konkret mü­na­si­bət bil­dir­mir. Qərb Uk­ray­na, Mol­do­va, Gür­cüs­ta­nın əra­zi bü­töv­lü­yü mə­sə­lə­sin­də bir­mə­na­lı və da­ha konkret möv­qe sər­gi­lə­yir. Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü mə­sə­lə­si­nə gəl­dik­də isə, ana­lo­ji möv­qe sər­gi­lə­mir. Hər za­man­kı ki­mi, "na­la-mı­xa" vu­rur. "İs­gən­dər" ra­ket komplekslə­ri mə­sə­lə­sin­də də ana­lo­ji möv­qe­dən çı­xış edir­lər. Ona gö­rə mü­na­si­bət bil­dir­mir, na­ra­hat ol­mur­lar ki, or­ta­da Er­mə­nis­tan var. Çün­ki mə­lum mü­na­si­bət, is­tər-is­tə­məz, Er­mə­nis­ta­nın möv­qe­yi­nə mən­fi tə­sir gös­tə­rə­cək. Açıq gö­rü­nür ki, on­lar bu­nu is­tə­mir. O üz­dən, bu­nu gör­məz­dən gə­lir­lər. Di­gər tə­rəf­dən, Tür­ki­yə­nin təh­lü­kə­siz­li­yi ABŞ üçün önəm­li de­yil. Di­gər sə­bəb də bu­nun­la bağ­lı­dır".