"Dağlıq Qarabağ münaqişəsinin tərəfləri təkcə Azərbaycan və Ermənistan deyil. Burda əsas tərəf Rusiya Federasiyadır və ötən 25 ildə Moskva münaqişənin nizama salınması üzrə heç bir öhdəliyinin olmadığını sübut etdi”.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məşhur amerikalı politoloq Pol Qobl deyib.
Amerikalı ekspert Minsk qrupunun münaqişənin həlli prosesində səhv yolda
olduğunu düşünür. Onun sözlərinə görə, həmsədrlər bir-birinə zidd iki
prinsip arasında uzlaşma axtarır: "Bir tərəfdən ərazi bütövlüyü, digər
tərəfdən öz müqəddəratını təyin etmə prinsipi əsas götürülür və tərəflər
bu iki prinsip arasında uzlaşmaya dəvət olunur. Bu da münaqişənin
nizama salınmasını qeyri-mümkün edir. Mən həmişə bir şeyə əmin olmuşam:
Minsk qrupu münaqişəni həll edə bilməyəcək, sadəcə olaraq donduracaq.
Fikrimcə, ən unikal çıxış yolu tərəflərin öz aralarında razılığa gəlməsi
və soyuq başla düşünüb ortaq xətti tapmasıdır”.
Pol Qobla görə, bütün münaqişələrdə kimlərsə daha çox qazanır: "Dağlıq
Qarabağ münaqişəsində də belədir. Bütün tərəflər və vasitəçilər həll
variantını dəstəkləyir. Lakin kimlərsə münaqişənin fasiləsiz davam
etməsindən qazanc əldə edir. Münaqişə tərəfləri bunun davam etməsindən
vətənpərvərliyin yüksəldilməsi üçün istifadə edə biləcəyi halda, silah
satanların da burda marağı var. Çünki münaqişə tərəfləri ölkənin xarici
təhlükəsizliyini qorumaq üçün mütləq şəkildə silahlanmaya üstünlük
verirlər. Lakin tərəflər bir şeyin əhəmiyyətini anlamalıdır: Nə
Ermənistan, nə də Azərbaycan münaqişə nizama salınmadan qalib olmayacaq.
Bu həll olunarsa, ticarət və nəqliyyat əlaqələri genişlənə bilər.
Həmçinin, Ermənistan təcriddən qurtula bilər. Bununla yanaşı, münaqişə
nizama salınacağı təqdirdə bir çox məsələlər özlüyündə həll olunacaq, o
cümlədən, Rusiyanın regiona təsiri azalacaq. Ən azından bu faktora görə
Qərb münaqişənin Minsk qrupu çərçivəsində həllində maraqlıdır. Bu, həm
də Şərq-Qərb arasında boru kəmərlərinin daha asan formada çəkilməsidir.
Ermənistan da öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bu yolu
dəstəkləməlidir. Bu sadə ermənilər üçün də sərfəlidir və əminəm ki,
onlar da mənim istədiyimi arzulayırlar. Lakin soruşmaq lazımdır ki, kim
bu münaqişənin həllinə mane olur. Bundan Azərbaycan və Ermənistan
əhalisi heç nə əldə etmir, deməli kənar əl var. Bu da Rusiyadır. Çünki
bölgədə Moskva öz rolunu saxlamaq üçün münaqişəni olmasında maraqlıdır”.Amerikalı ekspert Ermənistanı müstəqil siyasət aparmağa və münaqişəni
həll etməyə çağırıb. Onun sözlərinə görə, İrəvan keçmiş fobiyalardan
qurtulmalıdır."Ermənistan ilk növbədə hər şeyi tənqid etmək yolundan əl çəkməlidir.
Əgər müasir dövlət olmaq istəyirsə, keçmiş fobiyalarının öhdəsindən
gəlməlidir. Vaxtilə Almaniya və Fransa tarixi problemlərini anladı və
səhvlərini etiraf etdilər. İkinci tərəfdən, Ermənistan geniş əraziyə
nəzarət etməyin nə qədər milli maraqlarına zərər olduğunu anlamalıdır.
Bunun yerinə, tranzit ölkə olmaq və regiondakı layihələrə qoşulmaq daha
xeyirlidir. Digər tərəfdən, Ermənistan ümumi sərhədlərə malik olmadığı
Rusiyanın Avrasiya İttifaqına qoşulmasının nələrlə nəticələnəcəyini
anlamalıdır. Belə olacağı təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin
həllində də fərqli yanaşmalar ortaya çıxacaq. Ermənistan tutduğu yoldan
kifayət qədər əziyyət çəkib və gördüyü zərərlər ortadadır”, - deyə
ekspert vurğulayıb.P. Qobl Qarabağ münaqişəsinin Cənubi Qafqazda ikinci "Ukrayna böhranı”na
səbəb olacağına dair səslənən fikirlərə də münasibət bildirib. Onun
fikrincə, Ukrayna ssenarisini Cənubi Qafqazda təkrarlamaq çətin
məsələdir: "Hər münaqişə unikal elementlərə sahibdir. Məsələn, Rusiya
Qarabağı öz qanadının altına götürsə, bunun tərəflərdən heç birinə xeyir
gətirməyəcəyini hər kəs yaxşı bilirlər. Bu yalnız Moskvaya divident
gətirə bilər. Bu ssenari regionda bütün vəziyyəti qarışdıra bilər”.P. Qobl tərəfləri daha sıx təmaslar qurmağa çağırıb. Onun sözlərinə görə, danışıqların intensivliyini saxlamaq lazımdır.