Elşən Mustafayev: "Onlar hansısa deputata pul verir və ya şantaj edərək belə sənədi təqdim etdirirlər"
"Bilirlər ki, perspektivi olmayan bir işdir, sadəcə adın hallandırılması onlara sərf edir"
Qondarma "erməni soyqırımı" məsələsi Ukrayna parlamentinin müzakirəsinə çıxarıla bilər. Ukrayna parlamentinin üzvləri artıq bununla bağlı qanun layihəsini Ali Radaya təqdim edib.
Layihənin təşəbbüskarı Odessadan seçilmiş müstəqil deputat Vitali Barvinenkodur.
Bu barədə məlumat Ukrayna parlamentinin saytında da yer alıb. Lakin saytda sənədin mətni yerləşdirilməyib.
Qeyd edək ki, Ukrayna Türkiyə və Azərbaycanla yaxın müttəfiq münasibətləri olan ölkədir. Bu səbəbdən də bir sıra müşahidəçilər qanun layihəsinin Ali Radada müzakirəyə çıxarılması və qəbul olunması ehtimalının az olduğunu qeyd edir. Yeri gəlmişkən, Ukrayna parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu da bəyan edib ki, qanun layihəsinin müzakirəsinə qarşı çıxış edəcək. Əksər ekspertlər belə fikrə gəlir ki, Ukraynanın hazırkı dönəmində belə lazımsız və cəfəng məsələni müzakirəyə çıxarmaq həmin ölkənin özünə ziyandır. Çünki ən azından Ukrayna Türkiyə və Azərbaycan kimi dost ölkələri özünə düşmən edə bilər.
"Erməni soyqırımı" layihəsinin Azərbaycanla dost münasibətləri olan bir ölkənin parlamentinə təqdim edənlər nəyə ümid edə bilər?
Azərbaycan Milli İstiqlal Partiyasının Beynəlxalq məsələr üzrə katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, bu, erməni diasporunun "soyqırımın" yüzilliyilə bağlı düzəltdiyi növbəti şoudur:
"Biz belə situasiyalarla tez-tez rastlaşırıq. Heç bir siyasi perspektivi olmayan layihələrin dünyanın müxtəlif ölkələrində müzakirəsilə bağlı erməni cəhdlərinə adət etmişik. İndi də Ukraynaya ram atıblar. Bu heç də Ukraynanın mövqeyini əks etdirmir. Ölkə böyükdür, parlamentdə hər cür insan təmsil olunur. Bir sözlə, yekcins deyil. İstənilən deputat belə və ya başqa məzmunlu sənədi Radaya təqdim edə bilər. Bu problem deyil. Ancaq onun müzakirəyə çıxarılması və ya hansısa qanunun qəbul edilməsi qeyri-mümkündür. Xüsusilə də Ukrayna kimi bir ölkədə. Çünki onlarla Türkiyəni və bizi tarixi dostluq telləri bağlayır. İndiki vəziyyətdə isə Ukrayna parlamentarilərinin belə bir biabırçılığa qoşulacağı heç də inandırıcı görünmür. Adətən ermənilər belə taktikadan çox istifadə edir.
Onlar hansısa deputata pul verir və ya şantaj edərək belə sənədi təqdim etdirirlər. Bununla bağlı bizdə faktlar da mövcuddur. Bilirlər ki, perspektivi olmayan bir işdir, sadəcə adın hallandırılması onlara sərf edir".
Məhəmmədəli QƏRİBLİ