Ermənistanla İran arasında münasibətlər yüksək səviyyədədir və qarşılıqlı etimad mühitində inkişaf etməkdə davam edir. Bunu oktyabrın 21-də Ermənistanın baş naziri Ovik Abramyan İran prezidenti Həsən Ruhani ilə görüşündə bildirib.
Ümumilikdə işğalçı ölkənin baş naziri İranda çox yüksək səviyyədə qarşılanıb. Ermənistanın baş naziri qeyd edib ki, İrana rəsmi səfər iqtisadi münasibətlərin canlanmasına və yeni investisiyaların cəlb edilməsinə yardım edir.
Öz növbəsində Ruhani qeyd edib ki, ölkəsi İrəvanın təşəbbüslərini dəstəkləməyə, eləcə də birgə proqramların həyata keçirilməsinə kömək etməyə hazırdır. Abramyan və Həsən Ruhani bir sıra sahələrdə, o cümlədən energetika, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Sözügedən məsələni şərh edən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov İranın Ermənistana göstərdiyi məlum özünəməxsus "diqqətin" gözlənilən olduğunu bildirdi: "Bununla bir daha İran sübut etdi ki, onlar Ermənistanla münasibətdə daha səmimidirlər, nəinki Azərbaycanla olan münasibətlərdə. Ermənistan baş nazirinin o cür yüksək səviyyədə qarşılanması biabırçılıq idi. O mənada ki, müsəlman həmrəyliyindən zaman-zaman danışan İranın beş addımlığında Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyondan çox qaçqını var. Hansı ki, hələ də onların bir qismi yataqxanalarda ağır şəraitdə yaşayır. Ermənilərin Xocalıda dinc insanlara qarşı hansı vəhşiliklər törətdiyini İran rəhbərliyi yaxşı bilir. Belə olan halda Tehran rejiminin müsəlmanların əzilən hüquqları barəsində danışmağa mənəvi haqqı yoxdur. Fələstin müsəlmanlarından hər addımbaşı danışan İran nümayişkəranə şəkildə Ermənistanın təcavüzkarlıq siyasətinə göz yumur./Bakı Xəbər/
Vidadi ORDAHALLI