Son bir il ərzində Ermənistan ordusu atəşkəsi sistemli şəkildə pozmaqda,hər gün hansısa bölgədə təxribat xarakterli əməliyyatlar həyata keçirməkdədirlər.Elementar bir fakta baxaq ki,yalnız ötən günü erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Goranboy rayonunun Tapqaraqoyunlu,Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar,Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,həmçinin Goranboy,Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Düzdür hər zaman düşmən cavab atəşi ilə susdurulub.Hətta Ermənistana məxsus hərbi helikopter də vuruldu və bu ölkə şok anlar yaşadı. Məlumdur ki,Azərbaycan ordusu ilə müqayisədə Ermənistan ordusu çox geridə qalıb və orduda korrupsiya,rüşvət pik həddə çatıb.Məhz buna görə Ermənistan vətəndaşları orduda xidmətdən belə imtina edir və bunu orduya inamsızlıqları ilə əlaqələndirirlər.Maraqlıdır, belə olan halda nədən Ermənistan tərəfi sistemli şəkildə atəşkəsi pozur və bu yaxın zamanlarda müharibənin alovlanması ilə başa çata bilərmi?.Yeri gəlmişkən bunu da qeyd edək ki, Ermənistan tərəfi atəşkəsi adətən ATƏT-in Minsk qrupu aktivləşən zaman daha çox pozur və bununlada danışıqlar prosesinə zərbə vururlar. Hazırda isə həmsədrlərin regiona səfəri gözlənilir və bəyan edilib ki,prezidentlərin görüşü planlaşdırılır.Məhz bu xəbər yayılandan sonra atəşkəsin pozulması da artmağa başlayıb.
Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Nəsimi Məmmədli hesab edir ki,Ermənistan sözdə müstəqil dövlət olsa da faktiki olaraq müstəqil siyasət yürüdə bilmir və heç bir zaman beynəlxalq öhtəliklərinə əməl etməyib:" Atəşkəs müqaviləsini imzaladığı gündən etibarən, hər fürsətdə onu pozmağa davam edib.Hərbi statistika onu göstərir ki,erməni hərbi birləşmələri üçün "Atəşkəs Sazişi" heç vaxt əhəmiyyətli sənəd olmayıb və olmayacaq da.Onlar bu sazışin hüquqi tərəflərindən yararlanıb öz muxtariyatlarını qorumaq, siyasi tərəflərindən yararlanıb müstəqilliklərini beynəlxalq ictimaiyyətə defakto qəbul etdirmək niyyətində idilər.Hər fürsətdən də istifadə edərək atəşkəsi pozub ordumuza itkilər yaşatmaqla cəmiyyətimizi təyziq altında saxlamaq və erməni ordusunun qüdrətini xatırlatmaq xətti tutmuşdular. Lakin, heç bir hüquqi və siyasi istəklərinə nail ola bilməyən erməni tərəfi getdikcə daha çox aporia vəziyyətinə düşür. Təmas xəttində törətdiyi bütün təxribat cəhdlərinin qarşısı alınır və itkilər verirlər. Mənim qənaətimə görə müharibənin yenidən alovlanması atəşkəsin intensiv pozulması ilə əlaqəli olmayacaq.Çünki, erməni tərəfi atəşkəsə ilk gündən tam əməl etməyib və etməyəcək də. Erməni ordusunun orada mövcudluğu bu strategiyaya bağlıdır.İri miqyaslı hərbi əməliyyatları isə indiki vəziyyətdə istisna edirəm. Onsuz da 21 ildir atəşkəs rejiminə əməl etməyən Ermənistanın bu davranışı yeni deyil və regionda böyük müharibəyə səbəb olmayacaq.Lakin, hər bir prosesin başlanğıcı olduğu kimi,sonu da olmalıdır. Qarabağda sülh və ya müharibə sonluğu daha çox Rusiyanın regiondakı maraqlarından asılı olaraq dəyişə bilər".
Politoloq Əli Orucov isə "Unikal"a açıqlamasında Ermənistan tərəfinin təmas xəttində atəşkəs rejimini mütamadi pozmasının əsas iki səbəbini diqqətə çatdırıb:" Birinci səbəb, regionda gərginliyi saxlamaq, ikincisi daxili narazılıqların və etirazların istiqamətini dəyişmək.Yəni Ermənistan və qondarma rejimlər bununla diqqəti daxili böhrandan və problemlərdən yayındırmaq, həmçinin insanları qorxu altında saxlmaqdır.
Lakin İrəvanın bu addımları region üçün də təhlükə yaratdığından burda marağı olan güclər konkret mövqe ortaya qoymalı və adekvat reaksiya verməlidir.
Eyni zamanda Azərbaycan da ayıq-sayıqlığını itirməməli və Ermənistanın təxribatlarına sərt cavab verməlidir.Milli Ordumuz bu vəzifənin öhdəsindən layiqincə gəlir.Hər cür diversiya cəhdlərinin qarşısı alınır.Erməni tərəfi atəşkəsi pozmaqla həm də çalışır ki, Azərbaycanı hansısa addımlar atmağa təhrik etsin sonra da haray-şivən salsın. Lakin bütün bunların güniş miqyaslı cəbhəboyu hərbi əməliyyatların başlanmasına, müharibənin yenidən alovlanmasına gətirib çıxaracağına inanmıram. Müharibə heç bir tərəfin marağında deyil. Ermənistanın havadarı olan Moskvanın da heç planlarında Ermənistanla-Azərbaycan arasında müharibənin başlanmasına rəvac verilməsi ilə bağlı planı yoxdur.Nəticəsindən asılı olaraq müharibə Moskva üçün iki dövlətdən birinin həmişəlik itirilməsi demək olardı".Ekspert Ülkər Abdullayeva isə hesab edir ki,Ermənistan tərəfinin atəşkəsi tez-tez pozmağa meyllənməsinin arxasında Rusiya faktoru dayanır:" Rusiyanın Ukrayna ərazilərinə qarşı apardığı hərbi-siyasi kampaniya, nəticədə də Qərbin ona yönəlik embarqoları bizim regiona da təsirsiz ötüşməyib.Rusiya göstərmək istəyir ki,onun qonşularına, sərhədlərinə yaxın ərazilərə dair siyasəti sərtdir və o, bu siyasətindən əl çəkmək niyyətində deyil.Rusiya Ukraynanı parçalamaqla Qara dənizlə bağlı iddialarını gerçəkləşdirdi.Cənubi Qafqazda isə ömürlük möhkəmlənmək niyyətlərini gizlətmir.Ermənistanı forpost kimi ona görə saxlayır ki, lazım gələndə ondan region ölkələrinə qarşı istifadə etsin. Ermənistanın atəşkəsi pozması Rusiyanın mesajıdır.
Özü də təkcə Avroatlantik inteqrasiyaya üstünlük verən, Avrasiya İttifaqına qoşulmaqdan imtina edən Azərbaycana deyil,həm də Qafqazda, Xəzər regionunda maraqları olan Qərb dövlətlərinə. Qərbin Xəzərə ən etibarlı çıxışı Azərbaycandandır. Zbiqnev Bjezinski nahaq yerə deməyib ki,Azərbaycan Xəzərin enerji mənbələrinin ağzına vurulmuş tıxacdır və o tıxac açılsa, Xəzərin enerji daşıyıcıları Qərbə axacaq. Rusiya öz aləmində Azərbaycanı təzyiq altında saxlamaqla həm də Qərb dövlətlərinin Xəzərə çıxışını əngəlləmək istəyir.
Müharibə ocağının yenidən alovlanmasına gəlincə, buna birmənalı cavab vermək çətindir.Əgər Rusiyaya yenidən əzələ nümayişi lazım gəlsə, onda Ermənistanın düyməsini basacaq.
Azərbaycan da Ermənistana qarşı gücünü nümayiş etməyə başlasa, o zaman Rusiya sözdən işə keçəcək. Kollektiv Təhlükəsizlik Müqaviləsini, Ermənistandakı hərbi bazalarının təhlükəsizliyini, Ermənistanda və Qarabağda guya ki,yaşayan rus əhalinin qorunmasını və sair və ilaxır bəhanə gətirərək hərbi kampaniyaya qoşulacaq. Hazırda isə mövcud status-kvo Rusiyaya sərf edir. Rusiya Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa,rəsmi Ankaranın simasında özünə Qərbə qarşı müttəfiq düzəltməyə çalışır.Belə olan halda onun Ermənistana hərbi əməliyyatları bərpa etmək barədə göstəriş verəcəyi ağlabatan deyil".
Ekspertlər bunu da bildirirlər ki, atəşkəsin pozulması "Şərq tərəfdaşlığı"nın Riqa sammiti ilə də bağlı ola bilər. Hətta Ermənistanın sammitdən yayınmağa çalışdığı da söylənilir.Elə buna görə də nümayəndə heyətinə kimin başçılıq edəcəyi hələ də sirri olaraq qalır. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun keçirdiyi brinfinqdə verdiyi açıqlamadan sonra bu nəticəyə gəlmək olur ki, nümayəndə heyətinə kimin başçılıq edəcəyi hələ naməlumdur.Əvvəl isə dəfələrlə bildirilmişdi ki, respublikanı sammitdə prezident Serj Sarkisyan təmsil edəcək.Bu gün heç kimdən gizli deyil ki, Ermənistan Avrasiya İttifaqına daxil olduqdan sonra rəsmi İrəvanla Avropa Birliyi arasında münasibətlər xeyli soyuqlaşıb.İrəvanın bu addımı Avropa ölkələrini şoka salmışdı.Halbuki, onlar "Şərq tərəfdaşlığı" çərçivəsində bu ölkəyə bir sıra təkliflər etmək niyyətində idi.Bunlar əsasən iqtisadi xarakterli təkliflər olmalı idi. Əlbəttə,Riqa sammitində erməni nümayəndə heyəti yenə ağlaşma quracaq, ölkəsinin ağır vəziyyətini gözə soxaraq,hansısa sazişlər bağlamağa çalışacaq.Amma Latviya paytaxtından gələn məlumatlardan anlamaq olur ki,çətin ki,bu,baş tuta. Avropa Ermənistanın əməllərindən çox məyus olub.Bun görə də erməni siyasətçilərinin fikrincə, Serj Sarkisyanın Riqaya səfər etməsi və oradan boş əllə geri qayıtması dövlət başçısının nüfuzuna mənfi təsir göstərə bilər.Ölkədə yaşanan iqtisadi iflas üzündən Sarkisyanın nüfuzu onsuz da çox aşağıdır.Necə deyərlər, aşağıdan da aşağıdır.Buna görə də rəsmi İrəvan hansısa sənədə imza atdırmaq üçün sammitə kimi göndərməyin təlaşı içindədir.