AMİP Oğuz Rayon Təşkilatının sədri Tofiq Abbasovun vəfatı xəbərindən çox üzüldüm. Tofiq bəy partiyanın Oğuz RT-nin yaranmasında və inkişafında böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi altında Oğuz Rayon Təşkilatı nümunəvi təşkilatlardan biri kimi fəaliyyət göstərmişdi. Dəyərli əqidədaşımız Tofiq bəyin vəfatı AMİP üçün ağır itkidir. Onun əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdı.
Tofiq Abbasovun vəfatı ilə əlaqədar kədərləndiyimi bildirir, ailə üzvlərinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.
Etibar Məmmədov
AMİP Lideri
15 noyabr 2021-ci il. Bakı şəhəri