Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının müəllifi olduğu ikicildlik “İstiqlal yolu Etibar Məmmədov” siyasi bioqrafiya kitabı çapdan çıxıb. Qanun nəşriyyatında nəşr olunan həmin kitabların 1-ci cildi 1972-1990-cı, 2-ci cildi isə 1990-1995-ci illəri əhatə edir.
Kitab müəllifin qeyd etdiyi kimi çağdaş Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu layihəsinin müəllifi, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Türkiyə və Pakistan tərəfindən tanınmasında misilsiz xidmətləri olmuş, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk siyasi partiyanın-Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcısı, 1992-2004-cü illərdə patiyanın sədri, hazırda fəxri lideri, 1992, 1998, 2003-cü illərdəki prezident seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə namizəd, 1990-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin və 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü, 60-dan artıq ölkənin 80-dən artıq sağ-mərkəzçi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Səlidar oğlu Məmmədovun 70 illik yubileyi münasibəti ilə üç cilddə hazırlanıb və I cild onun həyat yolunun, milli istiqlal mücadiləsinin ötən əsrin 90-cı ilinin əvvəlinə qədərki dövründən, siyasi fəaliyyətindən, II cild onun həyat yolunun milli istiqlal mücadiləsinin ötən əsrin 1990-1995-ci illərdəki dövründən, ictimai-siyasi və elmi fəaliyyətindən bəhs edir.
Kitab geniş oxucu kütləsi, tədqiqatçılar, siyasətçilər və digər sahələrin nümayəndələri üçün qiymətli məxəzdir.
Millət