Etibar Məmmədov  Nigar Əlicanlının vəfatı ilə bağlı başsağlığı verdi

Milli İstiqlal Partiyasına ağır itki üz baş vermişdi. Partiyanın  veteranı Nigar Əlicanova haqq dərgahına qovuşmuşdur. Nigar xanım uzun illər ərzində AMİP Qax Rayon Təşkilatının sədr müavini, sədri, AMİP Mərkəzi Şurasının sədrinin müavini olaraq partiyanın təşkilatlanmasında  və cəmiyyətdə nüfuzunun daha da möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Nigar Əlicanlının  əziz xatirəsi onu tanıyanların  qəlbində əbədi yaşayacaq. 

Mən Nigar xanım Əlicanlının vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. 

Allahdan rəhmət diləyirik.