Eurovizionun Türk fəthi

Stokholmda Globe Arenada keçirilən "Eurovision-2016” mahnı müsabiqəsinin qalibi müəyyənləşib. 61-ci "Eurovision” yarışmasının qalibi Ukrayna olub. Bu ölkəni musiqi yarışmasında Krım tatarlarının deportasiyasından bəhs edən 1944 adlı mahnısı ilə Camala təmsil edib.

Camala – əsl adı Susana Camaladinova – Krım tatarıdır. Mərkəzi Asiyaya deportasiya olunanların nəslindəndir. Qırğızıstanda anadan olub. Atası türk (tatar), anası ermənidir.

Mahnı Krım tatarlarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir. Mahnının nəqarət hissəsi türk dilindədir.

Camala yeni qayda üzrə keçirilən səsvermədə toplam olaraq 534 xal qazanıb.

Müsabiqədə 2-ci yeri 511 xalla Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə 491 xalla Rusiya nümayəndəsi Sergey Lazarev tutub.

"Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.