Fəallaşan təkcə müxalifət düşərgəsi deyil, həm də hakimiyyətdir
Ötən ilin sonlarından müxalifətin aktivləşməsi müşahidə olunur. Bu ilin ilk ayında bu proses daha çox hiss olunur. Adətən ölkə miqyaslı seçkilərə bir neçə ay qalanda müşahidə olunan hərəkətlilik nəzərə çarpır. Halbuki, hazırda seçki kampaniyası yoxdur. Bəs ölkədə müxalifətin güclənməsi Azərbaycana nə vəd edir?
AMİP katibi, siyasi ekspert Əli Orucov "Yeni Müsavat”a şərhində bildirdi ki, seçki olmamağına baxmayaraq müxalifətin tədricən fəallaşması ölkədəki mövcud durumla birbaşa bağlıdır. Cəmiyyət artıq dərk etməyə başlayır kı, onların ictimai-siyasi proseslərdən kənarda qalması özləri üçün də günü-gündən problemlər yaradır.
Əli Orucovun fikrincə, əslinə qalsa, cəmiyyətin fəallaşması, siyasi canlanma ölkə üçün də müsbət haldır. Bu vəziyyət təkcə müxalifətin deyil, iqtidarın da işinə yarayır: "Müxalifət fəal olanda, güclü olanda iqtidarı daha çevik, daha praqmatik siyasət yürütməyə, dinamizmini artırmasına vadar edir. Hansı ölkədə güclü müxalifət varsa, orada bütün sahələrdə inkişaf gedir. Baxın, Azərbaycanda fəallaşan təkcə müxalifət düşərgəsi deyil, həm də hakimiyyətdir. Uzun illər ətalətdə qalan sahələr var idi ki, dəfələrlə tələb edilməsinə və zərurət duyulmasına baxmayaraq həmin sahələrdə struktur və kadr islahatları aparılmırdı.
Artıq iqtidar bu məsələ ilə də bağlı müəyyən addımlar atmaqdadır. Həm struktur dəyişiklikləri, həm idarəetmənin optimallaşdırılması prosesi davamlı həyata keçirilməkdədir. Müşahidəm onu deməyə əsas verir ki, əks duran düşərgələr yaz-yay mövsümünə ciddi hazırlaşırlar. Bu hazırlıqların davamı kimi rəqabətin, mübarizənin sivil şəraitdə getməsi təbii ki, dövlətin özünün də inkişafına təkandır”.
AMİP yetkilisi təəssüf edir ki, sanki bu düşərgələr arasında gərginlik yaratmağa və təfriqə salmağa çalışan qüvvələr də var: "Sanki kimlərsə bilərəkdən elə addımlar atırlar ki, bunlar həm Azərbaycana beynəlxalq təzyiqləri artırmağa, həm də daxili vəziyyəti gərginləşdirməyə və qarşıdurma yaradılmasına rəvac verir. Müxalifətin güclü olması, ölkədəki proseslərdə fəal iştirakı lazımdır və bunun qarşısını almaq olmaz. Əksinə, qarşılıqlı etimad və dialoqa nail olunmalıdır ki, regionumuzda, xüsusən də Şərqdə baş verən faciəvi hadisələrin küləyi buralara gəlib çıxmasın, real təhlükələri də bütöv bir xalq olaraq iqtidarlı-müxalifətli birgə adlada bilək. Nəinki təhlükələrə imkan yaradılsın”.