Müxalifətdəki kadrları dövlət qulluğuna imtahan verməkdən nə çəkindirir?
Bir sıra dövlət və hökumət strukturlarında, həmçinin nazirliklərdə vakant iş yerləri ilə bağlı elanlar verilir. Məsələn, yaxınlarda Xarici İşlər Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Qida Təhlükəsizliyi Agentliyində vakansiyaların olduğu elan edilmişdi.
Onu da qeyd edək ki, bu cür strukturlarda dövlət qulluğuna qəbul iki mərhələli imtahanla həyata keçirilir. Azərbaycan müxalifətinin təmsilçiləri vaxtaşırı bəyan edirlər ki, müxalifət sıralarında kifayət qədər bilikli mütəxəssislər var, lakin illərdir işsizdirlər. Bəs müxalifətçilər işə dövlət orqanlarında elan edilmiş vakant iş yerlərinə qəbul olunmaq üçün İmtahan Komissiyasına rəsmi müraciət edirlərmi, müraciət etmək istəyirlərmi?
AMİP Siyasi Şura üzvü Əli Orucov "Yeni Müsavat”a açıqlamasında iddia etdi ki, bir sıra hökumət və dövlət qulluğuna işə qəbulla bağlı verilən elanlar da, vakansiya ilə bağlı məlumatlar da formal xarakter daşıyır. Ona görə də şəxsən o, imtahan vermək üçün müraciət etməyi mənasız sayır: "Formal xarakter daşıdığını təsdiq edəcək kifayət qədər dəlil və sübutlar var. Çox nadir hallarda kiminsə bəxti gətirib, kiçik və gəlir gətirməyən, çox az maaşlı işə düzələ bilər. Yüksək maaşlı, perspektivli iş yerlərinə müəyyən məbləğ ödəməsən, sənin xahişini edən vəzifəli tanışın yoxdursa, səni tapşırmayıblarsa işə qəbul faktiki qeyri-mümkündür. Rüşvət də əsasən imtahanın müsabiqə deyilən mərhələsində alınır. Məsələ bununla da bitmir, işə götürülən şəxsi müxtəlif yollarla yükləyirlər.
Mən şəxs tanıyıram, 3 il əvvəl məktəb direktoru olmaq üçün imtahandan müvəffəqiyyətlə keçib, lakin təhsil şöbəsinin müdirinin tələb etdiyi 10000 manatı vermədiyinə görə kiçik bir kənd məktəbinə direktor təyin edilmir. Halbuki həmin məktəbin direktor vəzifəsi illərdir ki, boşdur. Həmin təhsil şöbəsinin müdirinin isə yaşı artıq 80-i haqlayır. Bax bu cür məsələləri görüb də formal xarakter daşıyan imtahanlarda iştirak etməyi mənasız sayıram. Digər tərəfdən, Azərbaycanda istərsən vunderkinq ol, istərsən təcrübəli mütəxəssis, müxalifətçisənsə dövlət işlərinə, büdcə təşkilatlarına yolun bağlıdır. Hətta işləyənlərin zaman-zaman işdən uzaqlaşdırıldığı hər kəsə məlumdur. Təəssüflər olsun ki, bir çox səlahiyyətli şəxsləri təcrübəli, savadlı, işlək kadrlar deyil, ancaq rüşvət və pul maraqlandırır”.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Yeni Müsavat”a bildirdi ki, şəxsən özü ixtisasına uyğun olaraq, bir neçə il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyində mütəxəssis kimi fəaliyyət göstərib: "Nazirlik işçisi ola-ola siyasi aksiyada iştirak etmişəm və ilk sutkalıq həbsim o zaman olub. Bundan sonra nazirlik tərəfindən mənə konkret deyildi ki, ya iş, ya siyasi fəaliyyət. Mənim də seçimim bəllidir. Yəni mən o mərhələni çoxdan keçmişəm. Azərbaycan reallıqları bunu deyir ki, aktiv siyasi fəaliyyət göstərən partiya funksionerləri olan insanlara dövlət qurumlarına qapı təəssüf ki, bağlanır. Dövlət qurumlarına işə bir şərtlə qəbul edirlər ki, siyasi fəaliyyətdən imtina etməlisən. Əgər mənim siyasi fəaliyyətimə mane olmayacaqsa, dövlət qulluğu haqqında yenə fikirləşə bilərəm. Amma bunun olması üçün ilk öncə Azərbaycanda iqtidar-müxalifət münasibətləri müsbətə doğru dəyişilməlidir. Bu addımı da ilk öncə hakimiyyət atmalıdır. Funksioneri olduğum AĞ Partiya əsasən gənclərdən ibarət olduğu üçün partiyamızın üzvlərinə həmişə tövsiyə etmişəm ki, dövlət qulluğu imtahanlarında şanslarını sınasınlar”.
KXCP İdarə Heyətinin sədri Xəzər Teyyublu isə qeyd etdi ki, Azərbaycan müxalifətində çox savadlı mütəxəssislər var: "Lakin təəssüf ki, müxalif mövqedə olmaları onların işlə təmin olunmasına mane olur. Siyasi mövqelərinə görə müxalifətçiləri işə götürmürlər. Ona görə də hansısa dövlət qulluğuna imtahan vermək üçün müraciət etməyimizin müsbət perspektivi olmaz. Bunun fərqində olan müxalifətçilər müraciət etmək istəmirlər. Ayrı-seçkilik olmayacağına əmin olsaq, əlbəttə ki, nazirliklərdə, digər orqanlarda vakant yerlərə işə düzəlmək üçün müraciət edərik. Çox arzu edirik ki, hər bir kadra siyasi mövqeyinə görə yox, bacarığına görə qiymət verilsin və işlə təmin olunmaq məsələsində məhz bilik, bacarıq amili əsas götürülsün”.