ATƏT artıq erməni klubuna çevrilir
Əli Orucov :"Rusiya Ermənistanın hərbi-strateji müttəfiqi olararq ədalətli mövqe tuta bilməz.”
ATƏT-in Minsk qrupuna daxil olan həmsədrlərə artıq heç bir inam qalmayıb və yaxın günlərdə bu inam tamam sıradan çıxacaq. Çünki açıq şəkildə görünən budur ki, həmsədr ölkələrdən ikisi nümayişkaranə şəkildə Ermənistanın tərəfini tutur, hətta Fransa prezidenti ilə Rusiya prezidenti erməni "soyqırım”ının yüz illiyini yad etmək üçün Ermənistana gələcək. Buna görə artıq ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi ilə bağlı yeni təkliflər gündəmə gəlməyə başlayıb.
Belə ki, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü, deputat Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Almaniya və Türkiyənin yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası” ilə əvəz olunması təklifi ilə çıxış edib. Bu təklif bir çox Avropa ölkələrinin, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin təmsilçiləri, o cümlədən Almaniya və Türkiyənin tanınmış siyasi xadimləri, parlamentariləri, ekspertlər, politoloqlar tərəfindən dəstəklənib. Həmsədrlik institutunun formatının dəyişdirilməsi ilə bağlı təklifə dəstək bu dəfə ABŞ-dan gəlib.ABŞ-ın Los-Anceles şəhərində Loyola Marymount Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən elmi konfransda Çapman Universitetinin əməkdaşı Dr. Ceyms Koylun çıxışı diqqəti cəlb edib. O, ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, bu qurum tərəfindən indiyə qədər görülən işlərin, irəli sürülən təkliflərin heç bir nəticə vermədiyini, fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. C.Koyl ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, bu Qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.Qeyd edək ki, konfrans ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los-Anceles Beynəlxalq Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman Universiteti tərəfindən təşkil olunub. Tədbirdə beyin mərkəzlərinin tanınmış ekspertləri, Almaniya Bundestaqının üzvü və ATƏT-in Parlament Assambleyasının sədr müavini Doris Barnet, sabiq ABŞ və Avstraliya diplomatları, Cənubi Kaliforniya, Börkli, Çapman və Stanford universitetlərinin professorları və digər nüfuzlu şəxslər iştirak edib, məruzələr dinlənilib.Bunu da unutmayaq ki, erməni "soyqırım”ına bir sıra beynəlxalq qüvvələrin dəstək verməsi də proseslərə təsirsiz ötüşməyib.
Bununla bağlı "Unikal”a açıqlama verən politoloq Əli Orucov bildirdi ki, münaqişənin bu şəkildə təqdimatının özü yanlışdır:” Adətən bu münaqişə Azərbaycan-Ermənisan, Dağlıq Qarabağ münaqişəsi kimi göstərilir. Dağlıq Qarabağ münaqişə tərəfi olmadığından belə təqdimat əslində separatçıların xeyrinədir. Görün dünya nə qədər deqradasiyaya uğrayıb ki, həqiqəti söyləyənləri, reallığa qiymət verməyi bacaranları az qala qəhrəman kimi təqdim edir. İndi tez-tez eşidilən məsələlərdən biri də odur ki, günya ABŞ-ı da, Qərbi də, elə dünyanın özünü də erməni lobbisi idarə edir. Bu bəlağətdir, şişirtmədir. Ermənilərin və onların lobbi təşkilatları ABŞ və Qərbin antitürk və antiislam mövqelərində olduqca xirda rola malikdirlər.
Ermənilər böyük siyasi səhnədə dekorasiyanın xırda hissəsidir. Amma Türk və İslam dünyasının əleyhinə atılan bu addımlar təəssüf ki, adekvat cavablar almır. Siz baxın, Avropa Parlamenti bu boyda haqsızlıq edərək, olmayan bir iddianı, fərziyyəni "soyqırım" kimi tanıyır, Türkiyə və Azərbaycandan savayı bir Türk və İslam dövlətinin cınqırı belə çıxmır. Faciənin kökü bax budur. Biz erməni lobbisinin bu yöndə xərclədiyi puldan danışırıq, ancaq əllərində böyük siyasi və maliyyə kimi güclü vasitəsi olan İslam və türk dünyası xəsislik edir. Bizə kim mane olur ki, şəxsi və hakimiyyət maraqlarımıza deyil, milli və dövləti maraqlarımızın təmin və təbliğinə pul xərcləməyək. Halbuki lazımsız yerlərə milyardlar axıdırıq. O ki, qaldı, vasitəçilik məsələsinə Almaniya və Türkiyənin də cəlb edilməsinə, əvvəla qeyd etmək istərdim ki, münaqişəyə nə qədər çox xarici dövlətlər yaxud
da regional təşkilatlar cəlb olunsa bir o qədər də həlli çətin hal alacaq. Çünki artıq belə olan təqdirdə bizim iradəmizdən kənarlaşır və münaqişənin həlli bizlərdən uzaqlaşır. Odur ki, əlavə hansısa dövlətin cəlb olunması deyil, həmsədr ölkələrin tərkibi dəyişməlidir. Birmənalı olaraq Fransa və Rusiyanın bu münaqişədə vasitəçi ölkə kimi iştirakı arzuolunmazdır. Çünki münaqişəni yaradan işğalıçıya hər cür dəstək verən, onu silahlandıran, şəxsi heyətlə təmin edən Rusiya Ermənistanın hərbi-strateji müttəfiqi olararq ədalətli mövqe tuta bilməz. Fransa isə tam bir erməi dövlətidir sanki”.
Toğrul Əliyev