Gələcəyin İnterneti: Rəqəmsal demokratiya - Qlobal ədalət…

Gələcəyin İnterneti: Rəqəmsal demokratiya - Qlobal ədalət…
“Bu gedişlə İnternet İdarəçiliyi, insanlıq və texnologiyanın dərindən əlaqəsini yeni müstəviyə keçid etdirəcək. Şəffaf cəmiyyət quruculuğunu, ümumdövlət rifahı naminə ağıllı texnologiyalarla daha da aktual edəcək.”
Son 30 ildə internet informasiya, ünsiyyət və rəqəmsal iqtisadiyyat sahələrində inqilabi dəyişikliklərə səbəb olub. Gələcəkdə isə daha inteqrasiya olunmuş, ağıllı və insana yönəlmiş bir internet bizi gözləyir.
Bu yeni dövrdə Əşyaların İnterneti (IoT), Süni İntellekt (AI), Metaverse, Virtual Reallıq, İnternet Etikası, Kiber Təhlükəsizlik, Rəqəmsal Demokratiya və Qlobal Ədalət kimi sahələr bir araya gələcək. 
Beləliklə, həyatımızı asanlaşdıran innovativ texnologiyalarla yanaşı, demokratiya və şəffaflıq eləcə də etik qaydalar və təhlükəsizlik məsələləri də əsas müzakirə mövzusu olacaq. Burada əsas məqsəd texnologiyanı insanlığın rifahı və balanslı inkişafı üçün yönəltmək olacaqdır. 
Nəticədə, internet yalnız cihazları deyil, insanlığı da yeni çağın ağıllı tələb və təklifləri ətrafında sıx birləşdirəcək. İnternet idarəçiliyi ağıllı əllərdə, ağıllı texnologiyalar üzərindən daha ədalətli və daha şəffaf cəmiyyətləri ümumdövlət rifahı, rəqəmsal demokratiya və qlobal ədalət naminə daha da dərindən təlqin etdirəcək…

Əflatun Məmmədov 

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert