Oktyabrın 18-də, saat 17:00-da Rəşid Behbudov adına mahnı teatrında "PAYTAXTDAN BÖLGƏLƏRƏ... BÖLGƏLƏRDƏN PAYTAXTA..." layihəsi çərçivəsində "zirvə tədbiri”-- musiqili poeziya gecəsi keçiriləcək. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, layihənin rəhbəri Əfsanə Ələsgərlinin "Millət"ə verdiyi məlumata görə, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi tədbirdə ölkəmizin müxtəlif bölgələrində yaşayıb-yaradan gənc istedadlı şairlərin ifasında şeirlər səsləndiriləcək. Münsiflər heyəti tərəfindən qiymətləndirilən və öz məzmun yükü, yaradıcı tapıntılarına görə seçilən ən yaxşı şeirlərin müəllifləri fəxri diplom və hədiyyələrlə təltif ediləcək. Qeyd edək ki, Əfsanə Ələsgərlinin rəhbəri olduğu "PAYTAXTDAN BÖLGƏLƏRƏ... BÖLGƏLƏRDƏN PAYTAXTA..." adlı layihənin məqsədi paytaxt mühitindən kənarda—bölgələrdə yaşayıb-yaradan gənc istedadlı yazarları üzə çıxarmaq, yeni imzaları ədəbi mühitə qazandırmaq, bölgə yazarlarının ümumrespublika ədəbi mühitinə inteqrasiyasına yardımçı olmaqdır. Layihə çərçivəsində nəşr edilən "Bölgələrdən səslər 2” toplusu da məhz bu amaldan irəli gəlir.
"Bölgələrdən səslər” toplusunun birinci hissəsi 2012-ci ildə işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Kitabın ən böyük nailiyyəti bir sıra imzaların ədəbi mühitə qazandırılması oldu. Bu baxımdan "Bölgələrdən səslər” toplusunun ikinci hissəsinin yayımlanması zərurəti yarandı.
Qeyd edək ki, Musiqi və poeziyanın vəhdət təşkil edəcəyi həzin ovqatlı tədbirdə ədəbi ictimaiyyətin bir sıra tanınmış simaları, yazarları, QHT sektorunun nümayəndələri və digər rəsmilər iştirak edəcək.