Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum sabiq səhiyyə naziri İnsanov Əli Binnət oğlunun adına "Banque de Luxembourg” kommersiya bankında aşkar edilmiş və 2000-2002-ci illərdə qoyulan 1,5 milyon ABŞ dollarının müsadirə olunması məsələsinə baxılması ilə əlaqədar Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin təqdimatına baxılıb.
AzərTAc xəbər verir ki, iclasda Əli İnsanovun hüquqlarını müdafiə edən vəkil Şahverdi Ağaveyis "Banque de Luxembourg” bankına yatırılan 1,5 milyon ABŞ dollarının Əli İnsanovun ixtira etdiyi "İnsanovin” dərmanının satışından yığılan vəsait olduğunu qeyd edərək bununla bağlı müvafiq orqanlara sorğular verilməsi, həmçinin Əli İnsanovun işlədiyi dövrdə vergi ödəyicisi kimi dövlət büdcəsinə ödədiyi vergilər barədə Vergilər Nazirliyinə də sorğu göndərilməsi barədə vəsatətlər verib.
Məhkəmə vəsatətlərin təmin olunması barədə qərar qəbul edib.