Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İran İslam Respublikasında rəsmi səfərdə olub. Azərbaycan prezidenti Tehranda iranlı həmkarı Həsən Ruhani və İranın Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb. Azərbaycan və İranın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki prezidentin iştirakı ilə Azərbaycan-İran sənədləri imzalanıb.
İlham Əliyevin İran səfərini "Ekspress”ə şərh edən politoloqlar bu səfəri müsbət dəyərləndirirlər. Politoloq Əli Oruclunun sözlərinə görə, prezident İlham Əliyevin martın 5-də İrana növbəti səfəri daha çox iqtisadi, ticari və kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı idi. "Bunu həm imzalanan 2 sənəddə, həm də prezidentlərin səsləndirdiyi bəyanatlarda aydın görmək mümkündür. Doğrudur, həm İlham Əliyev, həm də Həsən Ruhani iki ölkə arasında dostluğun, əlaqələrin getdikcə daha da möhkəmləndirilməsini vurğulasalar da, əslində bu deyilənlər protokol ve etik davranış qaydalarından savayı bir şey deyil. Hər kəsə məlumdur ki, rəsmi Tehran heç vaxt Bakı ilə səmimi qonşuluq və dostluq münsibətlərində olmayıb. Hətta dini təriqət baxımından Azərbaycan müsəlmanlarının çoxunu şiələr təşkil etməsinə baxmayaraq, İranın Ermənistana daha yaxın olması, hətta strateji əməkdaşlığadək yüksəlməsi narahatvericidir”, - deyən politoloq bildirdi ki, İranda 40 milyona yaxın Azərbaycan türkü olmasına rəğmən, soydaşlarımız öz doğma torpaqlarında, doğma vətənində elementar hüquqlarından məhrumdur.
Lakin Ə.Oruclu hesab edir ki, qonşularla mehriban və qarşılıqlı etimada əsaslanan sülhpərvər xarici siyasət yürüdən Azərbaycanla İran arasında əlaqələrin genişləndirilməsi, təbii ki, müsbət haldır: "Yeri gəlmişkən, onu da deyim ki, Dağlıq Qarabağ və Azərbaycanın ərazi bütövlüyü məsələsində İran hər zaman Azərbaycanın haqlı mövqeyini tutub. ABŞ-ın yeni prezidenti Donald Trampın İrana qarşı yürütdüyü siyasət məcbur edir ki, İranın özünün də qonşuları ilə normal münsibətləri olsun. İsrail-Azərbaycan əlaqələrindən qıcıqlanaraq tonunu yüksəldən Tehran İlham Əliyevin bu səfəri zamanı ali dini lider Xamenei tərəfindən ehtiyatlı və yumşaq, hətta İsraili suçlama tərzində dilə gətirildi. Xamenei İsraili Azərbaycan-İran əlaqələrini korlamağa çalışmaqda ittiham etdi”.
Bütün bunlarla yanaşı Ə.Orucluya görə, Azərbaycanın regionda tranzit ölkəyə çevrilməsi istiqamətində, eləcə də maliyyə terrorizmi və qeyri-leqal ticarətin qarşısının alınması baxımından bu səfər çox əhəmiyyətlidir.
Politoloq Nəsimi Məmmədli isə bildirdi ki, Azərbaycan prezidentinin İrana rəsmi səfəri xüsusilə diqqətçəkən regional və qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə deyil, əsasən ikitərəfli cari münasibətlərlə bağlı idi. Həmsöhbətimiz düşünür ki, İran-Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri ilə bağlı problemlər olsa da, iqtisadi və ticarət əlaqələrində durum normaldır. "Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi gələcəkdə iqtisadi əməkdaşlığın daha da səmərəliliyini artıra bilər. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq imkanları məhdud deyil. Hətta bu gün imzalanan "Ordubad” və "Marazad” su elektrik stansiyalarının tikintisi sazişi də əməkdaşlığa müsbət töhfə ola bilər” deyən politoloq qeyd etdi ki, İranla münasibətlərimizdə problemlər də mövcuddur və yaxın perspektivdə əlaqələrimizin strateji münasibətlər səviyyəsinə qalxacağı inandırıcı deyil. Onun sözlərinə görə, ilk növbədə, Azərbaycan üçün ən ağrılı problem olan Qarabağ münaqişəsinin həlli istiqamətində İranın mövqeyi bizi qətiyyən qane etmir: "İşğalçı Ermənistana hazırda ən ciddi dəstək verən iki ölkədən biri məhz İrandır və yaxın gələcəkdə İranın bu mövqeyindən geri çəkiləcəyi də inandırıcı görünmür. Həmçinin, ölkələrimiz arasında Xəzər dənizinin hüquqi statusu ilə bağlı mövcud olan problem də münsibətlərimizin etimadlı müstəviyə keçməsinə imkan vermir. Bununla yanaşı, Azərbaycan-İsrail əlaqələrinin strateji münasibətlərə əsaslanması, İsrailin baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri zamanı imzalanan sənədlərin xarakteri, habelə qəbrlə yaxşı münasibətlər davamlı olaraq İranın etirazları ilə qarşılanır. Hətta, bəzi hallarda xarici siyasətimizə görə İran Azərbaycanın daxili işlərinə də qarışmağa cəhd edir. Bu gün müzakirə olunan və imzalanan sənədlərin, habelə prezidentlərin bəyanatlarının ruhu bunu deməyə əsas verir ki, tərəflər yenə də öz mövqeyində qalıb. Azərbaycan prezidentinin fikirləri isə daha çox İranın könlünü almağa yönəlmiş tezislərdən ibarət olub”.
Məmmədli dedi ki, Azərbaycan prezidentinin danışıqlarda İranın sülhməramlı nüvə texnologiyasından istifadə hüququnu dəstəkləməsi və beynəlxalq platformalarda əməkdaşlıqla bağlı oxşar fikirdə olmağını deməsi İran ictimai rəyinə hesablanmış bəyanatlar idi. "O cümlədən də İran prezidentinin "bizim İslama və məzhəbə baxışlarımız eynidir və hər ikimiz İslam dinindən radikal hərəkətlərdə vasitə kimi istifadə olunmasına mənfi yanaşırıq, Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var” kimi ifadərin də İranın daxili auditoriyası üçün səsləndiyi şübhəsizdir. Bugünkü danışıqlarda ən çox diqqət çəkən mövzulardan biri İran prezidentnin üçtərəfli əməkdaşlıq formatı ilə bağlı dedikləridir. O bildirib ki, üçtərəfli əməkdaşlıq formatı - Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan gündəlikdədir. Xüsusilə də Azərbaycan-İran-Gürcüstan üçtərəfli formatı ilə bağlı müzakirələrin aparılması və bu istiqamətdə məsələnin diqqət mərkəzində saxlanılması Gürcüstanın Avropa İttifaqı ilə yeni münasibətlərindən sonra həm də fərqli siyasi əhəmiyyət daşıyan format olacaq. Xüsusilə də ABŞ-ın yeni xarici siyasət doktrinasına nəzər salsaq, belə bir təşəbbüslərin daha çox maraq doğurduğunu söyləyə bilərik”, - deyə N.Məmmədli bildirdi.
Politoloq Elxan Şahinoğlu isə İlham Əliyevin İran səfərini müsbət qiymətləndirərək dedi ki, bu, prezidentlərin son 3 ildə 8-ci görüşüdür. Onun sözlərinə görə, son 3 ildə ölkələrimiz arasında iqtisadi-ticarət dövriyyəsi 70 faiz artıb. "Dinamika çox yüksəkdir. Mən İran-Azərbaycan münasibətlərində bu qədər dinamikanın olduğunu xatırlamıram. İran Azərbaycana investisiya qoyur, Azərbaycan da İrana. Dəmir yolu xətti faktiki olaraq hazırdır. Astara-Astara dəmir yolu xətti tikilib qurtarıb, indi Astara-Rəşt dəmir yolunun da qısa zamanda çəkilişinin başa çatdırılması üçün Azərbaycan İrana kredit də verib. Eyni zamanda, İran Neftçalada avtomobil istehsal edən zavod tikməyi planlaşdırır, Pirallahıda dərman istehsal edən zavodun tikintisi də var. Bundan başqa, Dövlət Neft Şirkəti ilə İranın neft şirkəti arasında ortaq müəssisə yaradılması haqqında fikir mübadiləsi var, Qəbələ və Urmiya arasında təyyarə reyslərinin açılması gündəmdədir. Yəni hardan baxsaq, iqtisadi, enerji əlaqələri, siyasi təmaslar yüksəkdir”.
Bununla belə Şahinoğlu təəssüflə bildirdi ki, Qarabağla bağlı İranın mövqeyində dəyişiklik yoxdur: "Prezidentlərin mətbuat konfransında Həsən Ruhani sadəcə bir cümlə işlətdi ki, İran münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Yəni, bu, növbəti açıqlamadır. Azərbaycana dəstək vermək istəyən ölkənin lideri gərək deyərdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, işğal altındakı torpaqların boşaldılması vacibdir. Yəni bunlar deyilmir. Deyilmirsə, deməli, İranın Qarabağ məsələsinə baxışında dəyişən bir şey yoxdur. Çox təəssüf ki, hələ də işğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyurlar”.