İş və fəaliyyət olanda nəticələri də uğurlu olur

Əli Orucov: "Paşinyanın Los-Ancelesə səfəri zamanı diasporanın orjinal və təsirli etiraz aksiyaları keçirməsi çox müsbət haldır”

"Xarici diasporamızın güclü olması Azərbaycanın beynəlxalq aləmdə mövqeyini və nüfuzunu möhkəmləndirən əsas amildir”.

Bunu "Sherg.az”a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.

Partiya funksioneri bildirib ki, biz milli diasporadan daha çox fəaliyyət, daha çox iş tələb etməkdə haqlıyıq. Amma bu heç də o demək deyil ki, bütün fəaliyyəti görməzdən gələrək, ancaq tənqidlə məşğuluq:

"İş və fəaliyyət olanda nəticələri də uğurlu olur. Paşinyanın Los-Ancelesə səfəri zamanı diasporanın orjinal və təsirli etiraz aksiyaları keçirməsi çox müsbət haldır. Şəhərin səmasında "Qarabağ Azərbaycanındır, işğala son" süuarının nümayişi Paşinyana tərs bir sillədir.

Eyni zamanda digər etiraz aksiyaları, mətbuatda yazıların getməsi sayəsində şəhər sakinləri az-çox mətləblərdən agah oldular.

Los-Anceles ABŞ-ın ən böyük şəhərlərindən və erməni diasporunun Kaliforniyadan sonra güclü təşkilatlanmış mərkəzlərindən biridir.

Bu cür tədbirlərin və aksiyaların ermənilər üçün strateji sayılan şəhərlərdə keçirilməsi düşmənin mövqeyini zəiflədir, yalanlarını üzə çəxardır. Məncə, biz erməniləri təkcə səngərdə deyil, dünyanın hər yerində təqib etməli, onların çirkin niyyətlərinin həyata keçirilməsinə imkan verməməliyik”.