“Kəlbəcərin işğalı Azərbaycanın müharibədə ən ağır məğlubiyyəti oldu"

Bu gün Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 22 il keçir. 1936 kv.km. ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayanadan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı.

Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 nəfər hərbçi və 220 mülki şəxs həlak olub. Minlərlə sakin yaralanıb. 321 nəfər əsir götürülüb. O xaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon ziyan dəyib. Bəs Kəlbəcərin işğalı ondan sonrakı rayonların işğalında nə kimi rol oynadı?Stratejiəhəmiyyətli bu rayon işğal olunmasaydı proseslər hansı istiqamətə yönələ bilərdi? İşğalın əsas səbəbi nədən ibarət idi?

AMİP funksioneri, politoloq Əli Orucov Kəlbəcərin yüksək dağlıq ərazidə və əlverişli mövqedə yerləşdidiyini xatırladaraq dedi ki, rayonun işğalı müharibənin taleyini ermənilərin xeyrinə dəyişdi. Və düşmənin stateji mövqe qazanması və yüksəkliləri ələ keçirməsi ətraf əraziləri də real təhlükə qarşısında qoydu: "Kəlbəcərin işğalı Azərbaycanın müharibədə ən ağır və ən böyük strateji-hərbi məğlubiyyəti oldu. Baxmayaraq ki, BMT TŞ işğalla bağlı 822 saylı qətnamə qəbul edərək Erməni hərbi birləşmələrinin ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Lakin indiyədək nə bu nə də digər qətnamələr yerinə yetirilməmiş qalmaqdadır.

Kəlbəcər rayonun işğalı zamanı 80 minə yaxın əhali ağır şərtlər altında öz doğma yurd-yuvalarından didərgin salındı yüzlərlə insan soyuqda-şaxtada həlak oldu, əsir və itkin düşdü, yüz milyonlarla dəyərində dövlət və şəxsi əmlak talan edildi. Kəlbəcərin işğalı həm də Azərbaycan ordusunuz rabitəsiz və pərakəndə şəkildə vuruşduğunu, mərkəzi hakimiyyət oraqnlarının səbatsızlığını bir daha ortaya qoymuş oldu"./Yeni Nəbz/