Kühül Dağı (Razin Dağı)  ərazisində təmizlik Aksiyası  keçirilmişdir

AzETA Azərbaycan EkoTurizm Assosiasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Turizm Bürosunun, Eko Könüllülər və Turizm Könüllüləri Təşkilatlarının dəstəyilə Kühül Dağı adlanan, əhali arasında isə Razin Dağı və Mağarası kimi tanınan ərazidə təmizlik Aksiyası  keçirilmişdir. Tədbirə eyni zamanda SOCAR Azərbaycan Dövlət Neft Şirkəti, “Təmiz Şəhər” ASC və Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin fəalları da qatılmışdırlar. Şəhər ərazisi üçün unikal təbii landşaft və təbii abidələrin olması, qədim dövrlərdən burada insanyaşayışının yerləşmə faktı, müxtəlif tarixi dövrlərdə isə rəvayətlərə çevrilmiş hadisələrin baş verdiyi, bununla yanaşı Bakı Turizm Klasterinə daxil olan bir neçə ekskursiya obyektlərinə aparan yolun yaxınlığında olması kimi amillər bu məkana turistləri cəlb edir. İllər boyu alpinizm və dağa dırmanma kimi fəaliyyətlərlə məşğul olan insanlar bu dağı bir məşq yeri kimi də seçmişdirlər.

Layihənin məqsədi Kühül Dağı (Razin Dağı və Mağarası) ərazisində müvafiq qurumların dəstəyilə təmizlik, səhman, abadlıq, məlumat-nişanlama, bərpa işləri apararaq, bu məkanın ekoturizm, o cümlədən alpinizm, piknik, speleo, arxeoloji, tarixi, dərketmə, macəra, haykinq kimi turizm fəaliyyətləri üçün olan potensialını tam gerçəkləşdirmək və gələcəkdə onun Bakı Turizm Klasterinə daxil edilməsi imkanlarını genişləndirməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, mağaranın girişinin eni 5 metrdir, hündürlüyü 13.6 metirdir və iki otaqdan ibarətdir. Birinci otağın uzunluğu 38.4 metrdir, eni 5 metrdir, ikinci otağın uzunluğu 7.9 metrdir, eni - 4.3 – 7 metrdir. Mağaranın ümumi sahəsi 255.7 m2 -dir. Yazılı mənbələrə görə, mağaranın 2 km uzunluğundakı qolu ilə dənizə çıxışı var. Dağın ümumi ərazisi isə təxminən 7 min m2 təşkil edir.


Layihənin birinci mərhələsi təmizlik işlərinin aparılması və bu əraziyə ekoloji layihələrə dəstək verən şirkətlərin və qurumların diqqətini artırmaq kimi məqsədlərlə müvəffəqiyyətlə realizə edilmişdir.
 

Kühül Dağı haqqında

Для русского текста прокрутите ниже
For english text scroll down, please


RAZIN - ƏSRARƏNGIZ TARIX VƏ EKOLOJI TURIZM!


O yaşlı və əbədi gəncdir! (Он стар и вечно молод!) Müslüm Maqomayevin məşhur mahnısındakı bu sözlər Azərbaycanın paytaxtı Bakının ən yaxşı təsviridir. Bakı zəngin tarixi, misilsiz mədəni irsi, müxtəlif zamanların böyük hadisələrini yaşamış və eyni zamanda sürətlə böyüyən və inkişaf edən müasir bir meqapolisdir. Şəhər qədim zamanlardan bəri bəşəriyyətin beşiyinə çevrilmiş və tarixin bütün dövrlərində müxtəlif tarixi şəxsiyyətlərin maraq dairəsində olmuşdur. İbtidai insanların dayanacaqları, Zərdüştlükdən İslama qədər fərqli dinlərin bənzərsiz abidələri, Qədim Roma legionerlərinin izləri, füsunkar təbiət mənzərələri, ləziz mətbəx, rəngarəng xalçalar palitrası, qədim və müasir memarlıq ansambllarının simbiozı, inkişaf etmiş və müasir turizm infrastrukturu –bunlar Bakıda turizmin inkişafı üçün böyük potensial daşıyan zənginlik və irsin kiçik birhissəsidir.


Bakı öz dövrünün böyük insanlarının və eyni zamanda, müxtəlif illərdəki tarixi hadisələrin müsbət və mənfi qəhrəmanlarının yaddaşını qoruyur. Bəziləri fəzilət, digərləri isə günahlar və pisliklər gətirmişdirlər.Tarixdə üsyançı kimi qalmış Stepan Razinin fövqəladə şəxsiyyəti və onun Fars və Xəzərin qərb sahillərinə etdiyi məşhur yürüşləri Bakı şəhərindən də yan keçməmişdirlər. 1667-ci ildəRazinin rəhbərlik etdiyi üsyan və "Zipunlar üçün Yürüşü" onun quldur dəstəsini Bakı ətrafına gətirmişdir. Burada onlar bir dağdakı mağarada düşərgə qurmuş və ordan ətraf kəndlərə qəfil basqınlar etmişdirlər. Bu basqınlar yerli əhaliyə o qədər problemlər gətirdi ki, onlar Sabançı dağını Razin dağı adlandırmağa başladılar. Buradakı mağara da onun adını daşımağa başladı. Hazırda bu ərazi paytaxtın mərkəzindən 10 km aralıda olan Bakıxanov adına qəsəbədə yerləşir. 1923-cü il mayın 1-də isə Bakının bu hissəsində inşa edilmiş və 1992-ci ilə qədər Razinin adını daşıyan Azneftin ilk fəhlə qəsəbəsi olmuşdur.


Son illərdə Rusiya turistləri və MDB ölkələrindən gələn qonaqlar üçün bura təşkil olunan ekskursiyalar daha çox aparılmağa başladı. Turistlərə məşhur Kazakın gizli keçidləri və gizlədilmiş xəzinələri haqqında hekayələr izah edildi. Onu da qeyd etmək olar kı, alpinizm və dağa dırmanma klublarından olan gənclər üçün Razin dağı ilin bütün fəsillərində məşqlərini uzağa getmədən keçirə biləcəkləri ən sevimli yer olub və olmaqdadır. Dağdan dənizə tərəf gözəl bir mənzərə açılır. Buranın torpağı məhsuldardır və yerli floranın bütün rəngləri ilə fərqlənir. Mağaranın girişinin eni 5 metrdir, hündürlüyü 13.6 metirdir və iki otaqdan ibarətdir. Birinci otağın uzunluğu 38.4 metrdir, eni 5 metrdir, ikinci otağın uzunluğu 7.9 metrdir, eni - 4.3 – 7 metrdir. Mağaranın ümumi sahəsi 255.7 kvadrat metrdir. Yazılı mənbələrə görə, mağaranın 2 km uzunluğundakı qolu ilə dənizə çıxışı var. İllər keçdikcə mağara haqqında fərqli əfsanələr də danışıldılar. Onlardan birində, orta əsrlərdə mağaranın qarşısına dəvət olunmamış qonaqlardan və vəhşi heyvanlardan qorunmaq üçün daş divar çəkildiyi deyilir ki, bu da insanların həmin yerdən yaşamaq üçün istifadə etdiklərini göstərir. Hətta deyilir ki, mağaranın iki yeraltı çıxışı olmuşdur, bunlardan biri, artıq qeyd olunduğu kimi, Xəzər dənizinə, digəri isə Qara dənizinə (!) qədər uzanıblar və Razin oğurladığı sərvətləri bunlardan birində gizlədirmiş.


Bu yer Azərbaycanın fəhlə hərəkatı tarixindəki başqa bir hadisə ilə də əlaqələndirilir. 1 May 1900-cü ildə ilk May Günü (Mayovka) burada qanunsuz olaraq, sosial demokrat dairələrin iştirakı ilə keçirilmişdir. Mayovka, guya piknik məqsədi ilə təbiətə birgə çıxışlar adlanırdı. Ancaq əslində, başqalarının qulaqlarından və gözlərindən uzaqda "parlaq gələcək" qurulması haqında gündəmdə olan sualları, tətillərin və digər tədbirlərin planlarını müzakirə etmək üçün bir fürsət idi. Bu tədbirdə 12 nəfərlə bərabər daha sonralar, 1921-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olmuş S. M. Kirov da iştirak etmişdir. Sovet dövründə burada 1 May bayramları və məktəblilər üçün maarifləndirici ekskursiyalar təşkil olunurdu. Bir vaxtlar burada zeytun bağlarının salınması sonralar isə mənzərəyə açılan meydança və
kanat yolunun salınmasından danışılırdı. Yalnız bunlar realizə olunmadılar. 90-cı illərdən bəri dağ və mağaranın ətrafı tikilməyə başladı. Və hazırda artıq bu ərazı hava  limanına aparan magistraldan görünmür. Sanki dağ və mağara bu illər ərzində tərk edilmiş, unudulmuş bir yerə çevrildi. İndi bura zibil yığınları, plastik butulkalarla doludur. Mağaranın əsas girişi müxtəlif qarışıq tullantılarla bağlıdır. Dırmanma avadanlığı köhnəlib və heç bir standartlara cavab vermir və onların istifadəsi təhlükəlidir. Təbii və tarixi abidəni ziyarət etmiş dəliqanlılarla dağın üzərində "Saşa + Maşa = Sevgi", "11B" tipli çoxsaylı yazılar da həkk edilib. Hələ 2020-ci ilin əvvəllərində Azərbaycan EkoTurizm Assosiasiyasının fəalları Bakıda EkoParkların yaradılması təşəbbüsü ilə çıxış etmiş və şəhərin və onun ətraf ərazilərinin tədqiq edilməsinə başlamışdırlar. Bir neçə tərk edilmiş, lakin maraqlı olan ərazilərin monitorinqı aparılmışdır. Aparılmış təhlillər nəticəsində qərara alınmışdır ki, müvafiq qurumların diqqətini bu əraziyə cəlb etmək məqsədilə həmin yerin tullantılardan təmizlənəsi və səhmana salınması üçün aksiya keçirilsin. Bu təşəbbüsün reallaşdırılması istiqamətində davam edərək müxtəlif fürsətləri müəyyənləşdirmək və fəaliyyət planını hazırlamaq məqsədilə peşəkar alpinistlər, ekoloqlar, turizm mütəxəssisləri və dövlət rəsmiləri ilə görüşlər keçirilmişdirlər. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirilmiş, Razin mağarası və dağı ətrafındakı ərazilərdə birgə baxış aparılmışdır. Qərara alınmışdır ki, ilk növbədə ərazi yığılmış zibillərdən təmizlənməlidir, mağaranın girişi
tullantılardan açılmalıdır. Sonra isə ərazini və mağaranın özünü deratizasiya və dezinfeksiya etmək, abadlıq işləri aparmaq, ağaclar əkmək, köhnəlmiş dırmanma avadanlığını dəyişdirmək, dağın səthini yazılardan təmizləmək, məlumat lövhələri və göstəricilər quraşdırmaq, ərazini nişanlamaq və bura gələn turistlər və dağa dırmanma və alpinizmlə məşğul olmaq arzusunda olan gənclər üçün müvafiq şərait yaratmaq. Və eyni zamanda arxeoloqlar, speleoloqlar, tarixçilər və digər marağlananlar tərəfindən əfsanəvi mağaranın tədqiq edilməsi üçün imkanlar yaratmaq. Onu da qeyd etmək istərdik ki, gəncləri idman ruhunda tərbiyə etmək, aktiv və sağlam həyat tərzini təbliğ etmək, təhlükəsiz alpinizm, spleoturizm, sərt ərazidə qaçış, piyada yürüşlər, hiking və trekking kimi fəaliyyətlərin vərdişlərinə yiyələnmək üçün imkanlar yaratmaq bu ərazinin səhmana salınmasından sonrakı potensialı kimi hesab edilə bilər. Azərbaycan Ekoturizm Assosiasiyasının mütəxəssislərinin fikrincə, Razin dağı və mağara təbii və tarixi bir obyekt kimi sonradan Bakı ətrafındakı turizm marşrutlarına daxil edilə bilər.


Onu da nəzərə alsaq ki, onun yeri tanınmış və populyar olan “Atəşpərəstlər Məbədi” Dövlət  Tarixi-Memarlıq Qoruğu (Atəşgah), Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu “Yanar Dağ”, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Abşeron Qalaları kimi turist obyektlərinə gedən yolun üstündədir, bu amil onun Bakı turizm klasterinə daxil edilməsi imkanlarını artırır. Hazırda uzun sürən karantin tədbirlərinin yumşalması və açıq havada tədbirlərin keçirilməsi imkanının bərpa edilməsilə əlaqədar Azərbaycan EkoTurizm Assosiasiyasının fəalları
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə öncə nəzərdə tutulmuş aksiyanın yaxın günlərdə keçirilməsini planlaşdırırlar. Fürsətdən istifadə edərək, bütün maraqlı tərəfləri bu aksiyanı dəstəkləməyə və bir vaxtlar populyar olan obyektin bərpasında kömək göstərməyə çağırırıq və ümid edirik ki, tarixən unudulmuş bu ərazi əvvəlki şöhrətini bərpa edəcəkdir.
***
 

Millət