MN sözçüsü: "Könüllü şəkildə təslim olmaq onların yeganə yoludur"
"Düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə bütün istiqamətlərdə sıxışdırılır”.
"Report” xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, Ordu tərəfindən düşmənin hərbi hədəfləri dəqiq atəşlə məhv edilir:
"Düşmən tərəfindən cəbhəyə döyüş üçün gətirilənlərin könüllü şəkildə təslim olmağı onların yeganə yoludur".