Əli Orucov: "İqtidar demokratik dünyanı deyil, Rusiyanı seçdi”
Elbəyi Həsənli: "Sem dayı” bir dəfə üfürsə, hər şey sıfırdan başlayacaq”
Yanvarın 19-da Brüsseldə Avropa Siyasəti İnstitutunda "Barmaqlıqlar arxasında ədalətli mühakimə: Azərbaycanda vətəndaş cəmiyyətinin təqibi” mövzusunda debat keçiriləcək. Tədbir yuxarıda adı çəkilən institut tərəfindən İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu ilə birgə təşkil edilib.
"Turan"ın məlumatına görə, tədbirin press-relizində deyilir ki, iştirakçılara Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti və vətəndaş cəmiyyətinə, KİV-ə və müxalif fəallara qarşı repressiyaları təhlil edən məruzə təqdim ediləcək. Məruzədə hüquq müdafiəçiləri Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunus, Emin Milli, Xədicə İsmayılovanın işi üzrə məhkəmə proseslərinin və Emin Hüseynovun işinin ətraflı təhlili yer alır. Debatda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən bəziləri də iştirak edəcəklər.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Rabute Remezaite, "Memorial” Cəmiyyəti Hüquqi Mərkəzinin rəhbəri Deniz Krivoşeev, Meydan TV direktoru Emin Milli, KİV-ə yardım institutundan Gülnarə Axundova məruzə ilə çıxış edəcəklər. Müzakirələrin moderatoru İnsan Hüquqları üzrə Beynəlxalq İnstitutun koordinatoru Simon Papuaşvili olacaq.
Bunu ABŞ-ın Azərbaycana qarşı sanksiyalarına Avropa Birliyinin də qoşulmasına zəmin hazırlama kimi xarakterizə etmək olarmı?
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şura üzvü Əli Orucov bildirdi ki, yanvarın 19-da Brüsseldə Avropa Siyasəti İnstitutunda "Barmaqlıqlar arxasında ədalətli mühakimə:
Azərbaycanda vətəndaş cəmiyyətinin təqibi” mövzusunda keçiriləcək debat Azərbaycan iqtidarına xəbərdarlıq kimi də qəbul oluna bilər.
Onun fikrincə, bu, ilk siqnallardan biridir kı, diplomatik dillə verilir: "Bunu ardınca daha ciddi və təsiredici vasitə və üsullara əl atıla bilinər.
Hakimiyyət nə qədər qapalı və sərt, qeyri-demokratik metodlardan istifadə edəcəksə, o qədər də beynəlxalq ictimaiyyətin və sivil dünyanın təpkisini görəcək. Mən güman etmirəm ki, bu reallığı, bu gerçəkliyi hakimiyyət daxilində anlamayanlar olmasın. İqtidar daxilində də mövcud durumu dəyərləndirməyi bacaran, sağlam düçünən insanlar var. Lakin onların mövqeləri o qədər zəifdir ki, hətta, səslərini belə çıxarmağa cəsarətləri, gücləri çatmır”. Onun sözlərinə görə, heç kəsə sirr deyil ki, Azərbaycan iqtidarı demokratik dünyanı deyil, Rusiyanı seçdi və Kremlin yanında olduğunu açıq aşkar nümayiş etdirməkdədir: "Bu baxımdan da Qərpərəst qüvvələr həm iqtidardaxilində, həm də qeyri-iqtidar düşərgəsində sıxışdırılıb tamamilə sıradan çıxarılır. Təəssüf ki, qul psixoliogiyasından hələ də qurtula bilməyənlər, Moskvanı özlərinin dayaqları və böyük qardaşları hesab edənlər başa düşmürlər ki, şimal qonşumuz nəninki bölgəmizə, hətta planetin özünə təhlükə yaradır. Harda rus siyasəti varsa, orda müharibə və qanlı münaqişələr və zorakılıqlar var. Və bu siyasətin özü artıq iflasa uğramaqdadır. Ona görə də Azərbaycan iqtidarı ölkəni batan gəminin Rusiyanın yedəyinə qoşmamalı, yüksək və demokratik dəyərlərə üstünlük verən cəmiyyətlərin yanında olmalıdır. Nə qədər ki, indiki rejim bunları anlamasa, sanksiyalar, qadağalar və təzyiqlər də davam edəcək. Çıxış yolu Azərbaycan xalqının öz əlindədir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, belə konfrans və seminarlar çox keçirilir: "İnanmıram ki, bu kimi konfranslar Avropa Birliyinin Azərbaycana qarşı sərt tədbirlərinə yol açsın. Əksinə, Brüssel Bakı ilə dialoqun genişlənməsində maraqlıdır və bu dialoq davam edəcək”.
Mühacirətdə olan jurnalist Elbəyi Həsənli isə "əvvəla onu deyim ki, ABŞ-ın Azərbaycana hər hansı sanksiya tətbiq edəcəyinə inanmıram”,- deyə bildirdi. O əlavə etdi ki, ancaq Amerika istəsə təbii ki, bunu edə bilər: "Ona da kimsə şübhə etməsin ki, ABŞ sanksiyalara qərar versə, bütün müttəfiqləri ona qoşulacaq. Qərb ona görə güclüdür ki, onlar siyasi və iqtisadi qərarları birgə verirlər və sinxron hərəkət edirlər. Ona da kimsənin şübhəsi olmasın ki, Amerika istəsə Azərbaycanda siyasi sistemi və siyasi rejimi kökündən dəyişə bilər. Yəni bu, Amerika üçün əlçatmaz hədəf deyil”. E.Həsənli vurğuladı ki, Amerika elə bir ortam yarada bilər ki, hökumət bu gün İlham Əliyevə sədaqəti ilə seçilən adamların əli ilə məhv edilə bilər:
"Çünki Amerika informasiyalı ölkədir. Hər bir yüksək vəzifəli şəxsin ən zəif və zərif nöqtələrindən xəbərdardır. Mənim düşüncəmə görə, Amerikanın qarşısında Azərbaycan toz kimi bir şeydir, "Sem dayı” bir dəfə üfürsə, hər şey sıfırdan başlayacaq...”