Azərbaycanda parlament seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı gedən müzakirələr səngimək bilmir. Seçkilərin qanuni vaxtı gələn ilin noyabrında olsa da, erkən seçkilərin olacağı barədə fikirlər dolaşır. Hətta hakimiyyətin bu il belə Milli Məclisi buraxıb, növbədənkənar seçkilərə gedəcəyi bildirilir.
Ölkə müxalifətinin seçkilərdə iştirak edib-etməməklə bağlı ikili mövqeyi var. Bir qisim hesab edir ki, indiki seçki mühiti çərçivəsində seçkilərdə iştirak mənasızdır. Digər bir qisim isə təbliğat baxımından seçkilərdə iştirakın tərəfdarıdır. Birincilər ikinciləri seçkilərdə iştirak mövqelərinə görə sərt şəkildə qınayır, ittiham edirlər.
AMİP SŞ üzvü Əli Orucov boykot taktikasını doğru saymır: "Parlament seçkilərinin erkən keçiriləcəyi ilə bağlı ehtimallar səsləndirilsə də, hakimiyyət rəsmiləri bu gözləntiləri təkzib edirlər. Mən də iqtidarın erkən parlament seçkilərinə gedəcəyini düşünmürəm. Çünki hakimiyyətə daxili və xarici təzyiqlər hiss edilmir və özünün ciddi narahatçılığı yoxdur. Mövcud şərtlər ali qanunvericilik orqanının yenidən formalaşdırılımasını, daxili və xarici müəyyən təzyiqləri azaltmaq, ölkədəki ətaləti aradan qaldırmaq və iriçaplı reformalara getmək üçün diqtə etsə də, təhlükəli hədd olmadığından düşünmürəm ki, parlament buraxısın. Bu il ictimai-siyasi vəziyyət daha çox bələdiyyəyə köklənəcək. Bələdiyyə və bələdiyyə seçkilərinə isə təəssüf ki, həm cəmiyyətin özündə, həm də siyasi partiyalarda maraq demək olar ki yoxdur
Gələn il keçiriləcək parlament seçkilərinə gəlincə, AMİP seçkilərdə istiraka həmişə üstünlük verib və baykot taktikasından təkcə bir dəfə, 1999-cu il bələdiyyə seçkilərində istifadə edib. Seçkilərdə istirak etmək və etməməklə bağlı uzun-uzadı diskussiyalar aparmaq mümkündür və əlehdarların və tərəfdarların istifadə edəcəkləri kifayət qədər arqumentləri var. Ancaq hesab edirəm ki, seçkilərdə iştirakdan imtina, baykot yox, istirak və cəmiyyəti də buna kökləmək məqsədəuyğundur. Zatən iqtidar da istəyir ki, cəmiyyət seçki prosesindən kənarda qalsın ki, total saxtalaşdırmanı və idarə olunan seçkiləri rahat həyata keçirə bilsin. Baykot taktikası bu baxımdan səmərə vermir. Müxalifət Azərbaycanda çoxçeşidlidir. Milli Şura, AXH yaxud da, hansısa siyasi partiyanın seçkiləri baykot etməsi legitimliyə xələl gətirmir. Beynəlxalq qurumlar da pozuntuları sadalamaqla kifayətlənərək seçkilərin legitimliyini tanıyırlar. Fikrimcə, müxalif düşərgə beynəlxalq mütərəqqi ictimaiyyətin dəstəyini almaqla iqtidarı ölkədə heç olmasa minimal demokratik seçki mühitinə məcbur etməyə nail olmalıdır. İndidən gücümüzü və səylərimizi bu istiqamətdə cəmləyə bilsək, müsbət də nəticələr əldə edə bilərik. Onsuz da iqtidar istəsə də, istəməsə də köklü islahatlara getmək məcburiyyətindədir. Müxalifət olaraq biz də bu islahatlarin tez başladılmasına və nəticəli olmasına töhfəmizi verməliyik. Parlament seçkilərinə iştirakla bağlı son və həlledici sözü də AMİP -in seçkili qurumları verəcək. O vaxtadək əlmizi-qolumuzu bağlayıb oturmalı deyilik. Konstitusiyanın və seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, əlverişli seçki mühitinin yaradılmasına çalışmalıyıq və bu yöndə əməkdaşlığa, müzakirələrə də hazırıq.""Yeni Müsavat”