Müharibə müvəqqəti dayandı

ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın günlərdə Bakıya, İrəvana və Dağlıq Qarabağa səfər edəcək.

"RİA Novosti” xəbər verir ki, bu haqda Fransa XİN-in rəsmi nümayəndəsi Roman Nadal keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Fransa tərəflərin hərbi əməliyyatları dayandırması üçün səylər göstərib. Ötən şənbə günü xarici işlər naziri Jan-Mark Eyro Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqları aparıb.

"O, Fransanın ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin dinc və dayanıqlı həllinə yönəlmiş səylərini təsdiq edib. Tərəflərin razılığına əsasən amerikalı, rusiyalı və fransalı həmsədrlər yaxın günlərdə Bakı və İrəvana, habelə Dağlıq Qarabağa gedəcək”, - Fransa XİN-in rəsmisi deyib (Virtualaz.org).