Hazırkı müxalifət hakimiyyətə gələrsə, bunun Azərbaycana ciddi təhlükələr yaradacağı yönündə fikirlər son vaxtlar intensiv şəkildə səslənir.
Belə ki, hazırda müxalif qüvvələr arasındakı əlaqələrdə böhran yaşanır. Partiyalar nəinki bir-birini qəbul etmir, hətta "söz savaşı” ilə biri digərini sıradan çıxarmağa, zəiflətməyə çalışır. İclaslarda əlbəyaxa davalar da yaşanır. Belə vəziyyətdə bu qüvvələr hakimiyyətə gələrsə, mövcud situasiyanın orada da təkrarlanacağı bildirilir. Üstəlik də 1992-93-cü illərdəki AXC hakimiyyəti nümunəsi xatırladılır.
Son olaraq bu məsələ BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin açıqlamalarından sonra aktuallaşıb. Partiya sədri deyib: "İnsanlar düşünəndə ki, elementar əxlaqa və mənəvi dəyərlərə sahib olmayan bu qaragüruh hakimiyyətə gələ bilər, onları dəhşət bürüyür. Bəzi insanlar mənə deyir ki, Qüdrət bəy, bu tərbiyəsizlər ”niyə xalq onların çağırışlarına cavab vermir?" iddiası ilə xalqı təhqir edir, təkcə özlərini yox, bütün müxalifəti gözdən salırlar. Sosial şəbəkələrdə onların debatlarına bir az qulaq asın və bu ünsürləri xalqımızı təmsil edəcək iqtidar kimi gözünüz önünə gətirin.
Onlar ölkənin siyasi həyatını o qədər korlayıblar ki, insanlar yalnız onların hakimiyyətə gəlməsi barədə düşünəndə dəhşətə gəlmirlər, həm də ona görə dəhşətə gəlirlər ki, birdən İlham Əliyev əlini yelləyib desə ki, "sağ olun, mən getdim”, o zaman bu ölkə 93-cü ilin Gəncə qiyamı zamanı düşmüş vəziyyətdən də pis günə qalacaq. O halda nə zaman o zaman deyil, nə də ikinci Heydər Əliyev də yoxdur ki, ölkəni dağılmaqdan xilas edə bilsin".
Bəs müxalifətçilər özləri bu haqda nə düşünür?
AMİP Siyasi Şura üzvü Əli Orucov müxalifətin üç qurumdan ibarət olmadığını qeyd etdi: "İndiki müxalifətin hakimiyyətə gələcəyi təqdirdə hansısa pis şeylərin baş verəcəyi, ölkənin idarəolunmaz hala gələcəyi ilə bağlı fikirlər iqtidarın mətbəxində hazırlanan təbliğatdır. Xalq həmişə bu təbliğatla qorxudulub, şüurlara yeritməyə çalışılıb ki, bunların alternativləri, əvəzediciləri yoxdur. Əslində isə bu, faydalı olmayan yanaşmadır. Hökumətlər əvəz edilməyəndə onlar şişir, özlərinə vurğunluq və arxayınçılıq yaranır. Ona görə də nə istəyirlər onu da edirlər. Azərbaycanda siyasi qüvvələri hakimiyyətə xalq gətirib, xalq da həmin hakimiyyətdən endirməlidir. Bunun da yeganə yolu demokratik seçkilərdən keçir. Rəqabət bütün sahələrdə olmalıdır. Dialektik fəlsəfənin əksiklərin mübarizəsi və vəhdəti qanuna görə mübarizə olmadan inkişaf da mümkün deyil. Cəmiyyətdə olduğu kimi, siyasi partiyaların daxilində də fikir müxtəlifliyinin olması labüddür. Hamı eyni cür düşünərsə, alternativlik və daha üstün ideyalar üzə çıxa bilməz. Bunu iqtidar mənsubları çox halda anarxiya kimi qəbul edirlər. Doğrudur, Elçibəy hakimiyyəti dövründə idarəçilikdə çox ciddi qüsurlar və çatışmamazlıqlar vardı. Təcrübəsizlik də öz təsirini göstərdi. Bütün bunları aradan qaldırmaq mümkün olmadığından və sosialist təfəkküründən tam imtina edilmədiyindən AXC hakimiyyəti iflasa uğradı. Lakin bunun üzərindən uzun müddət vaxt keçib və siyasilər və siyasi qüvvələr kifayət qədər təcrübə toplaya biliblər. Konkret olaraq AMİP ölkəni yüksək səviyyədə idarə etmək gücündədir. İkincisi də partiya olaraq biz həmişə bəyan edirik ki, iqtidara gələriksə sadiqliyə, qohumbazlığa, yerlibazlığa deyil, təcrübəyə, yüksək peşəkarlığa, vətənpərvərliyə, dövlətinə və millətə bağlılığa, şəffaflığa üstünlük veriləcək.
Bu gün hakimiyyətin özündə də belə kadrlar, belə məmurlar var. Onların potensiallarından istifadəyə imkan yaratmaq dövlətin özü üçün də faydalı olardı. Bu insanlardan imtina etmək olmaz. Müxalifətin daxilində yetişmiş tam hazırlıqlı kadrlar var. Ancaq bu və ya digər səbəblərdən onların üzə çıxarılması, tanıdılması ciddi problem olaraq qalır. Çünki işlə, çalışdıqları sahələrdə təzyiq altına salınma təhlükəsi qalır. Digər tərəfdən indiki hakimiyyətin daxilində guya monolitlik, birlik varmı? Yoxdur. İndiki məmurlarla AXC hakimiyyəti dönəmində olan məmurların prinsipcə elə bir fərqləri yoxdur. Əvvəlki hakimiyyətin dönəmində də sadiqlik, partiya yaxud təşkilat mənsubiyyəti, tanışlıq, təcrübəsizlik, hərc-mərclik əsas götürülürdü, indikində də. Mühüm dövlət vəzifələri keçmiş kommunistlərin əlində idi, indi də eynidir. Ona görə də fundamental dəyişən heç nə yoxdur. Amma Azərbaycanda bütün bunları islah edib, mütərəqqiliyi, novatorluğu gətirə biləcək siyasi qüvvələr və kadrlar var. Gec ya tez, ölkədə ciddi reformalar və köklü dəyişikliklər olacaq. Azərbaycan müxalifəti təkcə AXCP, Müsavat, AXH-dən ibarət deyil”.

AĞ Partiya başqanı Tural Abbaslı deyilən fikirlərlə razılaşmır:
"Düşünmürəm ki, hakimiyyət dəyişərsə və bugünkü müxalifət hakimiyyətə
gələrsə vəziyyət daha da pisləşər. Çünki hazırkı iqtidar uzun illərdir
ki, kifayət qədər pis idarəçilik edib. İnkar etmirəm ki, bu gün özünə
müxalifət deyən bəzi qüvvələr hakimiyyətə gələrsə vəziyyət gərginləşə
bilər. Ancaq belə qüvvələrin hakimiyyətə gəlmək şansları çox az olduğu
üçün bunu nəzərə almıram. Sadəcə olaraq hazırkı iqtidara bu məsələni bu
formada təqdim etmək sərf edir. Ola bilsin ki, hazırkı müxalifət hansısa
iclaslarda və toplantılarda daha emosional müzakirələr aparır. Bəzən bu
emosionallıq ən yüksək həddə də qalxa bilir. Ancaq bu o demək deyil ki,
müxalifət iqtidara hazır deyil. Həmçinin bu gün müxalifətin böyük
əksəriyyəti zamanında bu dövləti idarə edən insanlardır. Hətta
hakimiyyətdə təmsil olunan bir çox iri ranqlı məmurlar belə zamanında
hazırkı müxalifət düşərgəsindən çıxıb. Əgər iqtidar müxalifət
düşərgəsində canlı yayımlanan iclaslardakı dartışmalardan narahatdırsa,
dünyanın ən inkişaf etmiş dövlətlərinin siyasi səhnəsinə nəzər yetirsin.
Orada bizim iqtidardakı kimi hər kəs, hər şeyə ləbbeyk demir. Hər şey
qızğın polemikalardan və diskussiyalardan sonra qəbul olunur. Zatən
qurucu və faydalı diskussiyalar inkişafın təməl prinsiplərindən biri,
bəlkə də birincisidir”.