Yanvarın 12-də Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında
KXCP, AMİP, Aydınlar Partiyası, AZDP, İslam demokrat, XAP, BAP, ALP və
AXP təmsilçilərinin görüşü olub.
Musavat.com-a verilən məlumata görə, həmin görüşdə 2015-ci ildə
keçiriləcək parlament seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu görüş Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən bir qrup siyasi partiyanın təşəbbüsü ilə keçirilib.
Görüşün sonunda partiyalar arasında məsləhətləşmələrin davam etdirilməsi məqsədəuyğun hesab edilib.