Əli Orucov: "Etiraf edək ki, hakimiyyət müxalifətdə ən yaxın müttəfiqləri düşmənə çevirməyi bacarır”
Ötən dövrlərdə müxalifət partiyalarının birlikləri çətinliklə də olsa müəyyən formatlarda alınıb. Lakin o da məlumdur ki, bu birliklər uzun sürməyib və müsbət nəticələr vermədən dağılıb. Bir sözlə, ya birləşmək daim bir problem olaraq qalıb, ya da reallaşan birliklər dava-dalaşla dağılıb. Bu tendensiya indi də müşahidə edilir. Bəs, uzun illərdir yaşanan bu vəziyyətin səbəbkarı daha çox hakimiyyət, yoxsa müxalifət partiyalarının özləridir? Müxalifəti birləşməyə hakimiyyət, yoxsa müxalifət liderlərinin özlərinin ambisiyaları, bir-biri ilə şəxsi münasibətləri imkan vermir?
AMİP katibi Əli Orucov "Yeni Müsavat”a bildirdi ki, müxalifət partiyalarının zaman-zaman birləşmələri, müxtəlif kombinasiyalı birliklər və bloklar yaratmaları normal siyasi uyğunluqdur. Siyasətdə də əbədi heç nə olmur. Atılan addımlar da bəlli zamanlarda və uyğun maraqlara hesablanır. Lakin burada müəyyən səhvlərin olması da etiraf edilməlidir: "Çünki bu səhvlər təhlil edilib aradan qaldırılnayanda təkrarlanır və ümumi fəaliyyətə zərər vurur. O səhvlər ondan ibarətdir ki, partiyalar arasında birliklər adətən ideoloji və təməl prinsiplər üzərində qurulmalıdır, lakin Azərbaycanda bu tələbə əhəmiyyət verilmir, təsnifatlar nəzərə alınmır-sağdır, soldur, mərkəzçidir və sair nəzərə alınmır. Birləşmələr baş verərkən partiyaların yerli təşkilatlarının fikirləri nəzərə alınmır və məsələ daxili süzgəcdən yarımçıq keçirilir. Əsasən liderlərim mövqeyi həlledici olur. İnteqrasiya prosesi ləng gedir, bəzən blok və birliklər çox qısa zamanda yaranır və uzaq hədəflərə hesablanmır. Bu halı seçkilər öncəsi dəfələrlə müşahidə etmişik. Qarşılıqlı inam və etibar o qədər zəif olur ki, hər hansı bir şübhə ciddi fəsadlara yol açır. Bunlar müxalifət partiyalarının yanlışlıqları üzündən olanlardır. Şübhəsiz ki, iqtidarın da burada çox ciddi və təsirli rolu var. Etiraf edək ki, hakimiyyət müxalifətdə ən yaxın müttəfiqləri düşmənə çevirməyi bacarır. Açığını deyim ki, müxalifətdaxili birliklərin yaranmasına ən böyük mane 1992-93-cü illərdə AXC-nin hakimiyyəti və bu hakimiyyətin devrilməsindən sonra daxili psixoloji baryerin yaranmasıdır. Təəssüf ki, bu amil uçurum yaradaraq əsas qüvvələrin bir araya gəlməsinə böyük problemlər yaratdı və iqtidar da bunu bilərəkdən hər dəfə körükləyir”.
Ə.Orucov hesab edir ki, müxalifət özü öz problemlərini həll etməlidir: "Əgər bunu edə bilmirsə, deməli, günahı özündə də axtarmalıdır. Bu bir qaydadır ki, iqtidarın məqsədi hakimiyyətdə qalmaqdır və rəqiblərini, opponentlərini sıradan çıxarmaq üçün fəaliyyəti də normaldır. Axı hakimiyyətə gəlmək istəyən siyasi qüvvə bütün sədləri aşmağı bacarmalıdır. Heç bir hakimiyyət öz postunu qızıl sinidə aparıb müxalifətinin qarşısına qoymayıb və qoymaz”.