Nəcməddin Sadıxovun avtoş oğlunu saxladığına görə polis işidən qovuldu

Dünən axşam saatlarında kobud qayda pozan sürücü ilə yol polisi arasında dava düşüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cavanşir Lətif oğlu Qasımov avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayaraq, ondan sənədləri tələb edib. Bu zaman o, sənəd əvəzinə ağır söyüşlər "alıb”. Bundan əsəbiləşən polis əməkdaşı daha ağır ifadələrlə sürücünü təhqir edib və tərəflər arasında dava düşüb.

Onları yalnız ətrafdakıların müdaxiləsindən sonra sakitləşdirmək mümkün olub. Sonda sürücü sənədlərini təqdim etmədən ərazini tərk edib.

Yol polisi səhər işə gəldikdə sürprizlə qarılaşıb. Məlum olub ki, axşamkı hadisəyə görə onu işdən azad ediblər. O da məlum olub ki, saxladığı sürücü general, Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun oğludur.

Məlumat üçün bildirək ki, N.Sadıqovun iki oğlu var.

Kiçik oğlu Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. Böyük oğlu isə Xarici İşlər Nazirliyində çalışır. (Aznews.az)