Növbəti aşağlanma kompaniyası sırasında Almaniya gəlir

Çingiz Şahbazi yazır...
 
Rusiya prezidenti Vladimir Putin, dünya siyasətinə bir çox yeniliklər gətirdi. Standartları pozdu. Etik normaları ayaq altında əzdi. Hər kəs eyni ola bilməz prinsipləri əsasında siyasət yürütməyə başladı. Bu yeniliklərdən biri də, açıq şəkildə bir çox ölkə başçısına qarşı sındırmalar, aşağlamalar, etikadan kənar ələ salmalar və sairə kimi mənfi münasibətlərdir ki, artıq Putin üçün ənənəvi hal almışdır.

 Putin və Makron görüşü, Putinin, Qərb ölkələrinə növbəti ismarıcı və meydan oxuması idi. Fransa və Almaniya, Ukrayna məsələsində Rusiyanın üzərinə açıq şəkildə gedənlərin əleyhinə çıxdılar. Amma dünənki görüş onu göstərdi ki, Putin üçün bunun heç bir fərqi yoxdur. Əksinə Fransa prezidenti Makronun qarşısında əli cibində duran Putin, masasını da Fransız virusundan qorunmaq üçün çox uzatmışdı. Bu o deməkdir ki, səmimi adamlar deyilsiniz və sizə inanmıram. Növbəti aşağlanma kompaniyası sırasında Almaniya gəlir.

Millət