Bu gün Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada yanğın baş verib. Səhiyyə Nazirliyindən verilən məlumata görə yanğın zamanı 23 nəfər ölüb, 41 nəfər yaralanıb. Bu acı faciə ölkədə dərhal geniş rezonans doğurub. Baş verən hadisə ilə bağlı saytımıza münasibətini bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib: "Son iki ay ərzində baş verən bu dəhşətlı yanğınlar sıradan bir qəza, yaxud da fövqəladə hadisə sayıla bilməz. Bu hakimiyyətin Azərbaycan xaqlına göstərdiyi münasibətin, talançılığın, korrupsiyanın, qanusuzluğun və tamahkarlığın təzahürüdür. Bu xalqa xəyanət və düşmən münasibətdir. 10 aprel Nobel prospektində baş verən yanğından nəticə çıxarmaq əvəzinə acgöz və tamahkar məmurlar dövlət büdcəsini talama yolundan vaz keçməyərək yanğın təhlükəsi yaradan materiallarla binaların üzünü bəzəmək yarışından vaz keçmədilər. Bir binanın üzlüklənməsinə xərclənən vəsaitə yenisini inşa etmək olardı.
İtirən kim oldu? Faciənin qurbanları kim oldu? Yenə kasıb-kusub, sadə insanlar. Hər bir insanın həyatı hər şeydən üstün və qiymətlidir. Hakimiyyət isə ancaq onu varlandıran, harınlaşdıran, vara-dövlətə, külli miqdarda sərvətə sahibləndirən vətəndaşlarına od vurmaqda, atəşlərdə qalamaqdadır. Hələ görün Azərbaycanı, xüsusən də Bakını nə qədər belə təhlükəli, bir göz qırpımında yanıb kül olacaq binalarla "bəzəyiblər”. Heç olmasa həmin binaların üzlüklərini söksünlər, yenilərini üzləməsinlər. Sanki insanlara onları tez bir zamanda atəşə vermək üçün hazır tonqal hazırlayıblar”.
Əli Orucov onu da bildirib: "İnsanlar da bu faciələrdən acı dərsini götürməlidirlər. Nə qədər ki, onları belcə yandırıb qurtarmayıblar, onlara bu faciələri, zülümləri və dəhşətləri yaşadanlara yumruqlarını göstərməlı, özləri cəzalandırmalıdır. Birdəfəlik başa düşməlidirlər ki, onları bu hala salan, odlarda, alovlarda yandıranlar peşmançılıq çəkməyəcəklər. Dünyanın heç bir ölkəsinin heç bir xalqı belə zülmə, əzaba, faciələrə təhəmmül etməz. Əks təqdirdə evinin içində oturduğu yerdə kütəvi şəkildə ölkə əhalisinin bu cür yanğınlara məruz qalmayacağına təminat olmayacaq .”
Rəsmi qurumların yanğınla bağlı verdikləri ilkin rəylə bağlı razılaşmadığını bildirən Əli Orucov deyib ki, heç bir dövlət qurumu məsuliyyətdən yaxasını kənara çəkə bilməz. Gühkarlar da təkcə keyfiyyətsiz materialları istifadə edələr deyil. Məsuliyyət bütün sistemin üzərinə düşür. Həmin keyfiyyətsiz məhsulları ölkəyə gətirənlərdən tutmuş, onu kömrükdən keçirilməsinə icazə verən və istehsala buraxan, təhvil-təslim alan, yanğın təhlükəsizliyinə nəzarət edənlər və s. qurumlar hamısı hüquqi məsuliyyət daşıyırlar. Bu məsuliyyətin və bu cinayətin də hüquqi cəzası çox ağır olmalıdır. Eyni zamanda hüquq-mühafizə oraqları da hadisələri önləməyi bacarmalıdırlar. Bəlkə bu yanğın təxribat xarakterlidir?”
AMİP yetkilisi daha sonra "yanğın zamanı həlak olanların ailələrinə dərin hüznlə baş sağılığı verib və xəsarət alanlara Allahdan şəfa diləyib