Onun bu cür davranması bir növ qorxudan irəli gəlir”
Azərbaycan Prezidenti ilə danışıqlardan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan Vyanadakı erməni diasporunun nümayəndələri ilə görüşə yollanıb. Görünən odur ki, İlham Əliyevlə danışıqlardan sonra diasporla görüşlər Paşinyan üçün bir növ ənənə halını alıb. Bundan əvvəl də bənzər hallar yaşanıb. Paşinyan Əliyevlə hər görüşdən sonra tez qaçır o ölkədəki diasporun yanına. Moskvadakı görüşdən sonra da Paşinyan diasporla görüşmüş və ilkin təəssüratlarını bölüşmüşdü. Bu dəfə də Paşinyan belə etdi. Erməni baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü müsbət qiymətləndirib. Onun sözlərinə görə, danışıqlar prosesində irəliləyişin, inqilabın, yaxud da dönüşün baş verdiyini demək olmaz. Lakin vacibdir ki, tərəflərə özlərinin təsəvvürləri, problemləri və gündəlikləri barədə, onun – Paşinyanın hələ Xankəndində bəyan etdiyi proses haqqında danışmağa imkan verən proses başlayıb: "Ümid edirəm ki, prezident Əliyev də görüşü müsbət qiymətləndirəcək. Mən müsbət qiymətləndirdiyimi deyəndə, bu o demək deyil ki, kimsə udub, kimsə uduzub. Bizim qeydə almalı olduğumuz əsas dəyişiklik odur ki, çıxıb mən qalib gəldim, o isə uduzdu demək kimi bir öhdəlik yoxdur”.
Adətən Ermənistanda dövlət başçıları xaricdəki erməni diasporu ilə münasibətlərə xüsusi önəm verirlər. Bunun bir sıra səbəbləri var. Başlıca səbəbi odur ki, erməni diasporu Ermənistana maliyyə yardımı göstərir. Bu yardımlar olmasa Ermənistanda iqtisadi vəziyyət daha açınacaqlı olar. Digər tərəfdən, erməni diasporu oz əlaqələrindən istifadə edərək müxtəlif dövlətlərdəki siyasi hakimiyyətlərə təsir göstərir. Həmin dövlətlər də buna uyğun olaraq Ermənistanla münasibətlər qurur və s. Yeri gəlmişkən qeyd edək ki, Paşinyandan əvvəl Ermənistana rəhbərlik edənlər onun qədər diaspora ilə çox hesablaşmırdılar. Xüsusən də əvvəlki prezident Serj Sarkisyanın erməni diasporu ilə münasibətləri yaxşı deyildi. Paşinyan isə bir şey olan kimi erməni diasporu təmsilçilərinin yanına qaçır. Maraqlıdır, Paşinyan niyə belə edir? O, diaspor içində etimadını itirməkdənmi qorxur?
Sözügedən məsələni "Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov Paşinyanın bu hərəkətini bir sıra amillərlə əlaqələndirdi: "Paşinyan hiss edir ki, hakimiyyəti möhkəm deyil və hər hansı xırda səhvi ona baha başa gələ bilər. Ona görə də səksəkə içərisindədir. Sirr deyil ki, Ermənistanda beynəlxalq erməni diasporunun təsiri cox güclüdür. Bu ölkə istər siyasi, istərsə də maliyyə-iqtisadi cəhətdən xarici diaspordan çox asılıdir. Paşinyan erməni diasporunun mövqeyini və fikirlərini nəzərə almadan addım ata bilməz. Bu baxımdan da Qarabağla bağlı aparılan müzakirələrdən əvvəl tapşırıqlarını alır, görüşlərdən sonra isə hesabatlarını verir. Bu bir daha sübut edir ki, Ermənistan müstəqil siyasət yürütmək iqtidarında deyil. Bu isə sülh prosesini səmərəsiz edir. Nəzərə almaq lazımdır ki, Rusiya Paşinyanı dəstəkləmir. Ona görə ki, o, Kremlin adamı deyil. Paşinyanın ümidi Qərbə və oradakı erməni diasporunadır. Erməni diasporunun dəstəyindən məhrum olsa, o dəqiqə Paşinyanı hakimiyyətdən devirərlər. Bu səbəbdən Paşinyan diasporla münasibətlərə xüsusi diqqət edir. Onun bu cür davranması bir növ qorxudan irəli gəlir”