Oqtay Əsədov yanan binadakı seçiciləri ilə niyə görüşmədi?

Binəqədi rayonunda 19 mayda yanan Azadlıq prospekti 200 ünvanda yerləşən çoxmərtəbəli binada baş verən faciəli yanğın hadisəsi diqqəti məmurlara yönəldib.

Strateq.az xəbər verir ki, yanğından 4 gün ötsə də, hələ də Milli Məclisin sədriOqtay Əsədovun hadisə yerinə baş çəkməməsi və sakinlərlə görüşməməsi maraqlıdır. Halbuki, hadisə onun seçildiyi 8 saylı Binəqədi Dairə Seçki Komissiyasının ərazisində baş verib.

Bu və ya digər məsələlərlə bağlı ötən seçkidə Binəqədidən parlamentə namizəd olmuşAMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Strateq.az-a açıqlama verib:

"Bu seçki dairəsindən son parlament seçkilərində hazırda Milli Məclisin sədri olan Oqtay Əsədova deputat mandatı verilib. Amma faciədən artıq 4 gün ötməsinə baxmayaraq, cənab Oqtay Əsədov bir dəfə də seçicilərinin yanında olmayıb, onlarla görüşüb, dərdlərinə, hüznlərinə şərik çıxmayıb. Bu, çox böyük sayğısızlıqdır. Hardadır Oqtay Əsədov? Niyə görünmür? Binəqədi royundan mandat alan 4 deputatdan heç biri bu ağır gündə xalqın yanında olmadı. Nə Madər Musayev (10 saylıDSK ), nə Rəafel Cəbrayılov (9 saylı DSK), nə də Mixail Zabelin (12 saylı DSK) hadisə yerində görünmədi. Bu, bir daha göstərir ki, onların heç birinə bu xalq mandat verməyibvə millətin vəkilləri deyillər!".