Politoloq Çingiz Şahbazi yazır:
Orta Asiya sakit duran deyil. Orta Asiya respublikaları, başda Qazaxıstan olmaqla sakit görünə bilər, amma azadlıq sevər xalqlar olduğundan yadelli xalqların diktəsini əsla qəbul etməzlər.
Almaata şəhərində yenidən kütləvi şəkildə etiraz aksiyaları başlayıb. Mən əminəm ki, Qazaxıstanda baş verən aksiyalar Rusiya ərazisinə keçə bilmə ehtimalı olduğundan, Rusiyanın siyasi hakimiyyəti bundan çox narahatdır.
Türkmənistanda hakimiyyəti 40 yaşlı oğluna ötürməyə çalışan Türkmənbaşı Kurbankulu Berdimuxammedov da bunu heç oğluna olan sevgisindən irəli gələn arzusu ilə əsla etmir. Bu zamanın və yaxud da taleyin tələbi ola bilər. Türkmənistan qazı artıq Avropanın maraq dairəsində yer alıb. Rusiyanın caynaqları Orta Asiyadan qoparılacaq.