Prezident Administrasiyası qarşısında həyat yoldaşı ilə birlikdə özünü yandıran Qarabağ qazisi Elçin Salahovun müalicəsi davam edir.
5 saylı xəstəxananın yanıq şöbəsində müalicə alan Salahovların durumundan xəbər tutmaq üçün bu gün yenidən E.Salahovla əlaqə saxladıq.
Danışmaq istəmədiyini bildirən Qarabağ qazisinin cavabı belə oldu: "Narahat olmayın, dövlətimiz var, dövlətçiliyimiz var. Hər şey yaxşıdır”.
Bu sözlərdən sonra E.Salahov telefon əlaqəsini kəsdi və sonrakı zənglərimizə də cavab vermədi.
Qeyd edək ki, musavat.com hadisə baş verən gündən Qarabağ qazisinin durumunu izləyir. İlk günlərdə kəskin çıxışlar edən və intihar həddinə çatdırıldığını deyən E.Salahov indi zənglərimizə cavab verməkdən imtina edir.
Xatırladaq ki, avqustun 13-də Qarabağ müharibəsi veteranı Elçin Salahov yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırmışdılar.
İntihar cəhdinə Sumqayıt rayon Məhkəməsinin Salahovların yaşadıqları evdən çıxarılması ilə bağlı qərarı səbəb olmuşdu. Hadisəyə dərhal aidiyyatı qurumlardan reaksiya gəlmiş və ailənin müalicəsi təmin olunmuşdu.