Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Milli Şuranın 30 may aksiyasına münasibət bildirib.
Teleqraf.com-un xəbərinə görə, partiya sədri deyib ki, mitinqlərin keçirilməsi ilə əlaqədar sosial sifariş yoxdur:
"AMİP-in bu haqda qərarı olmadığı üçün partiya konkret olaraq bu aksiyada iştirak etmir. Başqa deyilənlər, fikirlər və mövqelər yanlışdır”.