Bu gün Azərbaycanın Baş naziri Novruz Məmmədov istefa verib. Onun yerinə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyin edilib.
Baş verən dəyişikliyi ölkə müxalifəti birmənalı qarşılamır.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə Reyting.az-a deyib ki, Baş nazirin belə tezliklə dəyişdirilməsi gözlənilməz idi. Onun fikrincə, cəmi bir il postunda qala bilən Novruz Məmmədov elə də yadda qala bilmədi: "Verdiyi qərarlar da cəmiyyətdə etiraz və yumor doğurdu. Yeni Baş nazirin də pozitiv fəaliyyət göstərəcəyinə inanmıram. Əslinə qalsa, Azərbaycanda Baş nazir formaldır, nə ölkənin siyasi həyatına, nə də idarə olunmasına heç bir təsiri yoxdur. Ona görə də Baş nazir postunu kimin tutması əhəmiyyət daşımır.
Yeni Baş nazir Əli Əsədov nomenklatura adamıdır, partiyanın yetişdirdiyi və zərərsiz kadrdır. Fotolarda onun xarakteristikasını aydın ifadə etmək mümkündür. Görünür, Prezidentə Əli Əsədov kimi əzilib-büzülən, onun yanında sual işarəsinə dönən Baş nazir lazımdır". Reyting.az